12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yadplanetlilər... - Amerikalı pilot başqa planetdən gələnlərin gəmisində üç ay səyahət edib
Tarix: 31-01-2024 10:19 | Bölmə: Slayd
Yadplanetlilər... - Amerikalı pilot başqa planetdən gələnlərin gəmisində üç ay səyahət edib

Yer kürəsindən kənarda həyatın mövcudluğu qənaətinə gəlmək mümkün olmasa da, NASA Yer atmosferində naməlum yadplanetli texnologiyasının işləmə ehtimalını inkar edə bilmir.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, əsasən hərbi aviasiya mütəxəssisləri olan bir çox etibarlı şahidlər ABŞ hava məkanında tanımadıqları obyektlər görüblər. Bu hadisələrin əksəriyyətinin zamanla izahı verilsə də, bəziləri “insan” olaraq təyin edilməyib.

Hesabatda bu obyektlər “naməlum anomal hadisələr” (UAP) adlanır. Bunlara gündəlik həyatda UFO (naməlum uçan obyektlər) deyilir.



NASA UAP-ları araşdırmaq üçün yaradılan komandaya rəhbərlik edəcək şəxsin adını gizli saxlamağa qərar verib. NASA-nın qərarı maraq doğursa da, səbəblərindən biri həmin şəxsi yormamaqdır.

NASA-nın Elm Missiya Müdirliyindən doktor Dan Evans deyib ki, UAP istintaq qrupunun əməkdaşları real təhdidlərlə üzləşirlər. İşçilərinin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini ifadə edən Evansın sözlərinə görə, bu məsələ onların şəxsi həyatına dair qərarlarına təsir göstərir.

Xatırladaq ki, 1980-ci illərdə ABŞ ordusunda helikopter pilotu olan Aleks Kollier o illərdə hökumətin həyata keçirdiyi kosmos proqramı çərçivəsində dünyadan kənar zəkalı varlıqlarla təmasda olduğunu iddia edib.

Yadplanetli gəmisinə mindiyini və bu gəmidə 3 ay səyahətdə olduğunu iddia edən Kollier bildirib ki, bu müddət Yer üzündə 18 dəqiqəyə bərabərdir.

Yadplanetlilərin Andromeda Qalaktikasından gəldiyini deyən Kollierin sözlərinə görə, canlılar özlərini Visaeus və Moroanay adlandırırlar.

Yaponiyadakı bəyanatına davam edən Kollier deyib: “Bu üç ay ərzində onların cəmiyyəti ilə tanış olmaq və müşahidə etmək imkanım yarandı. Onlar öz uşaqlarına Yer üzündə baş verənlər haqqında məlumat verirdilər”.

Qeyd edək ki, NASA ötən ilin sentyabr ayında ABŞ-dakı baş qərargahındakı mətbuat konfransında müstəqil tədqiqat qrupu tərəfindən “naməlum anormal hava hadisələri” mövzusunda hazırladığı hesabatın nəticələrini paylaşmışdı.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər