12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ səfirliyinin əməkdaşlarına Göyçə və Zəngəzura getmək qadağan edilir
Tarix: 02-02-2024 18:16 | Bölmə: Slayd
ABŞ səfirliyinin əməkdaşlarına Göyçə və Zəngəzura getmək qadağan edilir

ABŞ-ın Ermənistandakı səfirliyi öz əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırıb.

Reyting.az
Ermənistan mediasına istinadla xəbər verir ki, bildiriş dərc olunduqdan sonra tövsiyələr qismən yumşaldılıb.

ABŞ səfirliyinin əməkdaşlarına və onların ailələrinə aşağıdakı yerlərə vacib olmayan səyahətlər qadağan edilib.

Geqarkunik bölgəsi (Göyçə) Vardenisdən şərq, Sünik (Zəngəzur) rayonu, Gorusun şərqində, Sünik rayonu, Qafanın cənubu, Ararat rayonunun Yerasx kəndi ilə hərəkətə icazə verilsə də, dayanmaq qadağandır.

Xəbərdarlqıda qeyd edilir ki, ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmalıdır:

“Nəzərə alın ki, yolun bəzi hissələri əvvəlcədən xəbərdarlıq edilmədən beynəlxalq sərhədləri keçə bilər. Yollar nəzarət-buraxılış məntəqələri tərəfindən idarə oluna və ya xəbərdarlıq edilmədən səyahət edənlərin üzünə bağlana bilər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər