12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünya kosmik müharibə ilə üz-üzədir
Tarix: 02-02-2024 18:31 | Bölmə: Slayd
Dünya kosmik müharibə ilə üz-üzədir

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi kosmik müharibə üçün yeni səhifə açıb.

Reyting.az
“Economist”ə istinadla bildirir ki, indi ABŞ-ın ən böyük narahatlığı Amerikanın kosmosdakı üstünlüyünü ötməsə də, onu üstələməyə çalışan Çinlə bağlıdır.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini admiral Kristofer Qredinin dediyi kimi, kosmos indi “döyüş əməliyyatlarının ən vacib sahəsinə” çevrilib.

“Kosmos təkcə dinc kəşfiyyat yeri deyil, həm də gələcək hərbi əməliyyatların arenasıdır. Kosmosa nəzarət quruda, dənizdə və havada hökmranlıq qədər vacib olub. Kosmik texnologiya bütün digər sahələrdə silahlı qüvvələri daha güclü edir. Kosmosa nəzarəti itirirsinizsə, deməli, Yer kürəsindəki müharibələri uduzmaq riski ilə üzləşirsiniz”, - nəşr yazır.

Bildirilir ki, ABŞ və Çin arasında gələcək potensial münaqişə zamanı peyklər böyük məsafələrdə hədəflərin axtarışı və məhv edilməsi üçün vacib olacaq. Və bu gün bəzi ölkələrin kosmosdakı hərəkətləri ilə bağlı çox şey gizli qalır, lakin aydın olan odur ki, ABŞ orada öz üstünlüyünü qorumaq üçün səylərini gücləndirir.

Qeyd edilir ki, Çin və ABŞ arasında müharibə başlayarsa, dünya təkcə peyklərin taleyi ilə bağlı narahat olmayacaq.

“Bəlkə də qısamüddətli perspektivdə ən böyük təhlükə səhv hesablamadır. Kosmosda rəqabət yeni və mübahisəlidir. Heç kim hansı kosmik silahların mövcud olduğunu dəqiq bilmir, ən azı ona görə ki, bir çox mülki texnologiyalar hərbi məqsədlər üçün istifadə olunur. Qaydalar zəif müəyyən edilir, silahlara nəzarət perspektivləri zəifdir”, - deyə jurnal yazır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər