12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ İranla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başlayıb - (Yenilənib)
Tarix: 03-02-2024 13:43 | Bölmə: Slayd
ABŞ İranla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başlayıb - (Yenilənib)

ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələr endirib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Mərkəzi Komandanlığın saytında məlumat verilib.

Bildirilir ki, ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib.

***

Son məlumata görə, ABŞ-nin Suriyanın şərqində iranyönlü silahlı qruplaşmaların cəmləşdiyi ərazilərə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər həlak olub.


Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

***

Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.

ABŞ müdafiə naziri bildirib ki, prezident Co Bayden artıq əlavə tədbirlər görməyə göstəriş verib.

"Bu, bizim seçdiyimiz vaxt və yerdə baş verəcək", - Ostin vurğulayıb.(APA)

***

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.


Ağ evin saytında C. Baydenə istinadla bildirilir:

"Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək".

Bayden deyib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. “Amma bizə zərər verməyə cəhd edənlər bilsinlər ki, əgər siz amerikalıya zərər versəniz, cavab verəcəyik", - Bayden əlavə edib.

***

ABŞ-ın Suriyanın şərqinə hava hücumu nəticəsində mülki vətəndaşlar və hərbçilər həlak olub, dövlət və şəxsi əmlaka ziyan dəyib.

Reyting.az
Suriyanın SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriya Müdafiə Nazirliyi Amerika qüvvələrinin ölkə ərazisinə hücumlarının nəticələrini qiymətləndirərkən bildirib.

Suriya Müdafiə Nazirliyi təsdiq edib ki, bu gün səhər tezdən Amerika işğalçı qüvvələri şərq bölgəsində və Suriya-İraq sərhədi yaxınlığındakı bir sıra obyekt və şəhərlərə açıq hava hücumuna başlayıb.


Qeyd edək ki, bundan əvvəl ABŞ İordaniyanın şimal-şərqindəki ABŞ bazasına son yüksək profilli pilotsuz təyyarə hücumuna cavab olaraq Suriyaya zərbələr endirib. Pentaqon rəhbəri Lloyd Ostin deyib ki, ABŞ-ın Suriya və İraqdakı hədəflərə ilk zərbələri ABŞ qüvvələrinə qarşı son hücuma cavabın başlanğıcıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər