10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb.
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yaxın Şərqdə gərginlik: ABŞ-ın hərbi bazaları vurulur
Tarix: 03-02-2024 15:13 | Bölmə: Slayd
Yaxın Şərqdə gərginlik: ABŞ-ın hərbi bazaları vurulur

ABŞ 10 min kilometr uçan B-1B təyyarələri ilə İraq və Suriyadakı İran hədəflərini vurmağa başlayıb. ABŞ tərəfi bildirir ki, gecə yarısı başlayan hücumlar davam edəcək.

Reyting.az
-ın məlumatına görə, ABŞ-ın qisas hücumundan yarım gün keçməmiş Amerikanın Yaxın Şərqdəki hərbi bazaları hədəfə alınıb və ABŞ-ın yarım saatlıq hava hücumu ilə İraq və Suriyada 7 nöqtənin bombalanmasının cavabı verilir.

İran tərəfdarı olan İraqdakı qruplar ABŞ-ın strateji bazası Əl-Tanfı hədəf aldıqlarını bəyan ediblər. Koalisiya qüvvələrinin yerləşdiyi İraqdakı ABŞ əsgərlərinin Ayn əl-Əsəd bazası da dronların hədəfinə tuş gəlib.

İranpərəst silahlı qrupların İraqın şimalındakı Əl Hərir hava bazasına da hücum etdiyi bildirilir. Lakin bu məlumat hələ ki təsdiqini tapmayıb, çünki ABŞ tərəfi həra hansı açıqlama verməyib.

ABŞ-ın hava hücumlarını pisləyən İraq hökuməti aralarında mülki vətəndaşların da olduğu 16 nəfərin öldüyünü açıqlayıb. Bağdad rəhbərliyi Vaşinqtonun faktları təhrif etdiyini, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın səlahiyyətlərini aşaraq İraqın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər