12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Meymun sürüsü şəhərə soxulub, insanlar evlərini tərk etmək məcburiyyətində qalıb - Fotolar
Tarix: 03-02-2024 16:17 | Bölmə: Slayd
Meymun sürüsü şəhərə soxulub, insanlar evlərini tərk etmək məcburiyyətində qalıb

Minlərlə meymun Taylandın mərkəzindəki Lopburi şəhərini faktiki olaraq ələ keçirib. Bir çox mağaza və müəssisə bağlanmaq və ya köçmək məcburiyyətində qalıb, investisiyalar dayandırılıb, bir vaxtlar turistlərlə dolu olan şəhərin küçələrində indi meymun sürüləri dolaşır.

Reyting.az
xəbər verir ki, bir vaxtlar meymunları görmək üçün axın edən turistlər üçün cəlbedici mərkəz olan şəhər indi meymun sürüsü tərəfindən zəbt edilib.

Yerli əhalinin bəzisi qaçıb, bəziləri isə qəzəbli meymunlardan qorunmaq üçün evlərində barrikada qurmağa məcbur olublar.



“İndi biz qəfəsdə, meymunlar isə çöldə yaşayırlar”, - yerli sakin Kuljira Taxavattanavanna deyib. O, meymunların yemək axtarmaq üçün evinə basqın etməsinin qarşısını almaqdan ötrü terrasını bağlamalı olduğunu bildirib.

Məlumata görə, səlahiyyətlilər şəhər boyu çoxsaylı qadağan zonaları yaratmağa məcbur olublar.

Əvvəlcə yerli sakinlər heyvanları qəlyanaltılarla təmin edərək onları uzaqlaşdırmağa çalışsa da, bu plan işə yaramır və meymunlar daha zorakı hərəkətlərə əl atırlar. Şirniyyat, qazlı içkilər və digər şəkərli yeməklər meymunları daha hiper və cinsi aktiv hala gətirib. Dişi meymunlar artıq ildə iki dəfə çoxalmağa qadirdir və onların şəkərlə qidalanma tezliyi bol enerjiyə malik olması deməkdir.



Qeyd edilir ki, pandemiyadan əvvəl şəhərdə meymunlarla insanlar harmoniya içində yaşayıblar. Heyvanlar turistləri şəhərə cəlb edir, istirahət edənlər heyvanları yemləmək və onlarla poza vermək üçün banan alırdılar. Lakin pandemiya turizmin davamlı axınını dayandırdıqda, meymunların yeni qida mənbəyi axtarması nizamı pozub. Artıq meymunlar əvvəlki dövrlə müqayisədə daha aqressivdirlər.

“Meymunlar turistlərin onlara yemək verməsinə o qədər öyrəşiblər ki… Turistlər gedəndən sonra onlar daha da aqressivləşib və yemək üçün insanlarla mübarizə aparırlar. Binaları zəbt edir və yerli əhalini məcbur edirlər ki, yemək versinlər, evlərini tərk etsinlər. Meymunlara indi hər yerdə rast gəlmək olar. Onlar pusqu qurmağa, yollarda iğtişaşlar törətməyə və hətta yoldan keçən avtomobilləri qarət etməyə hazır olan damlarda otururlar”, - sakinlər bildirib.



Qeyd edək ki, Taylandın Milli Parklar Departamenti şəhərdə sürətlə artan meymun populyasiyasının bir hissəsini cilovlaya biləcəyi ümidi ilə sterilizasiya proqramına başlamağa məcbur olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər