12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünya daha isti iqlimə keçə bilər
Tarix: 05-02-2024 10:27 | Bölmə: Slayd
Dünya daha isti iqlimə keçə bilər

Qlobal temperatur sənayedən əvvəlki səviyyədən 1,2 dərəcə yuxarı qalxdığı üçün təşviş yaradıb.

Reyting.az
xəbər verir ki, İngiltərədəki Reading Universiteti tərəfindən aparılan yeni araşdırmadan sonra elm adamları dünyanın sənayedən əvvəlki səviyyədən 3 dərəcə daha isti olan iqlimə girə biləcəyi barədə xəbərdarlıq ediblər.

Hesabatda son 40 ilin rekord okean temperaturlarına da diqqət çəkilib.

Araşdırmaya rəhbərlik edən doktor Till Kuhlbrodt deyib ki, Şimali Atlantikada fövqəladə istilik və 2023-cü ildə Antarktida dəniz buzunun yox olması təhlükədən xəbər verir:

“Okeanların istiləşməsinin mərcan riflərinin yoxa çıxması, dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələri kimi bir çox problemi də özü ilə gətirməsi ciddi hadisə kimi qiymətləndirilməlidir”.

Mütəxəssis əlavə edib ki, onun komandası məsələyə ciddi yanaşır və bunu dünya üçün təhlükəli sayır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər