Ayda suyun izi tapılıb
Tarix: 24-07-2024 08:16 | Bölmə: Slayd
Ayda suyun izi tapılıb

Çin alimləri 2020-ci ildə “Chang'e-5” missiyası tərəfindən Ayın səthindən Yerə gətirilən torpaq nümunələrində suyun izləri aşkar ediblər.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, Ayda suyun olması NASA-nın infraqırmızı detektoru tərəfindən 2020-ci ildə, həmçinin 1960-1970-ci illərdə toplanmış nümunələrin təhlili ilə təsdiqlənib. Bununla belə, “Chang'e 5” nümunələri daha yüksək enlikdən götürülüb ki, bu da Ay səthində suyun forması haqqında yeni məlumatlar verir.

Çin alimləri belə qənaətə gəliblər ki, su molekulları Ayın işıqlı ərazilərində hidratlı duzlar şəklində saxlanıla bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər