Türk ordusu dünyanın ən güclüsüdür
Tarix: 26-07-2024 19:26 | Bölmə: Slayd
Türk ordusu dünyanın ən güclüsüdür

"Türk ordusu dünyada ən güclü ordudur".

Reyting.az
xəbər verir ki, bunu istrefada olan kontr-admiral Cihat Yaycı deyib.

Hərbçi Türkiyə-Yunanıstan münasibətləri və mümkün müharibə ehtimallarından danışıb. O, Türkiyənin çox üstünlüyə malik olduğunu bildirib.

Türk ordusunun ən döyüşkən və güclü ordu olduğunu, türk əsgərinin təcrübəsinin dünyanın heç bir dövləti ilə müqayisə olunmadığını söyləyən Yaycı deyib:

"Hər zaman ölməyə hazır və müqəddəs bir ordumuz var. Bu, ölümdən qorxmayan və könüllü şəhid olmağa gedən ordudur. Yunanıstan isə ordusuna əsgər tapa bilmir. Yunanıstan 500 müqaviləli əsgər alacaqdı, 300 adam müraciət etdi. Biz isə 50 min əsgər üçün elan verdik, 1 milyon müraciət aldıq".


Cihat Yaycı

Kontur-admiral əlavə edib ki, Türkiyə ilə Yunanıstan arasında gedən müharibədə Türkiyə hətta materikə yaxın olan Yunan adalarını belə blokadaya alacaqsa, oradakı insanlar üsyan edəcək və Yunanıstan bir neçə gündən sonra diz çökməli olacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}