12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenski: Ukrayna sülh planı hazırlayacaq
Tarix: 28-07-2024 20:53 | Bölmə: Slayd
Zelenski: Ukrayna sülh planı hazırlayacaq

Kiyev “ərazi bütövlüyü məsələləri ilə bağlı müvafiq ölkələrlə ətraflı müzakirələrə” başlayacaq. Noyabrın sonuna qədər Ukrayna sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.

Prezident əlavə edib ki, Rusiya Ukrayna ərazilərinin işğalını davam etdirdiyi bir vaxtda Kiyev atəşkəs çağırışlarına cavab verə bilməz.

Zelenskinin sözlərinə görə, müharibəyə ədalətli son qoymaq üçün üç amil var: səbir, dəstək və diplomatik təzyiq.

"ABŞ və Avropa ölkələri birliyi qoruyub saxlasa, bu, əlavə təzyiq olacaq və Moskvaya şansının olmadığını göstərəcək", - deyə Ukrayna prezidenti bildirib.

Xatırladaq ki, bu yaxınlarda Zelenski Rusiyanın ikinci “sülh sammitinə” dəvət olunmasını və ilin sonuna qədər müharibəni bitirməyin vacib olduğunu bildirmişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər