12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya prezidenti anti-Qərb koalisiyası yaratmağa çalışır
Tarix: 29-07-2024 09:15 | Bölmə: Slayd
Rusiya prezidenti anti-Qərb koalisiyası yaratmağa çalışır

Rusiya lideri Vladimir Putin Donanma Günündən istifadə edərək Asiya və Yaxın Şərq ölkələrindən anti-Qərb koalisiyasını yaratmağa cəhd edib.

Reyting.az
xəbər verir ki, belə iddia ilə Müharibə Araşdırmaları İnstitutu (ISW) çıxış edib.

ISW-nin iddiasına görə, Sankt-Peterburqda keçirilən paradda Çin, Əlcəzair və Hindistan donanmasının gəmiləri də iştirak edib. Eyni zamanda, tədbirə Venesuela, Vyetnam, Kuba, Liviya, Myanma, Suriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrikanın da nümayəndələri qatılıblar.

Analitiklər diqqəti Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fominin Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin komandanı Hu Çjonminqlə görüşündə, onunla dəniz sahəsində ölkələr arasında əməkdaşlığı müzakirə etməsinə yönəldiblər.

Bundan əlavə, o, Myanma Hərbi Dəniz Qüvvələrinin komandanı Vin Htein ilə də analoji görüş keçirib. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala Lampurda Malayziyanın xarici işlər naziri Muhamad Həsənlə görüşüb və Rusiya-Malayziya diplomatik təmaslarını genişləndirmək barədə razılığa gəlib.

“Rusiya son vaxtlar Venesuela, Kuba, Hindistan və Vyetnam da daxil olmaqla bir sıra dövlətlərlə əməkdaşlığı intensivləşdirib”, - ekspertlər əlavə edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər