12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Şuşaya növbəti köç olub - (Yenilənib)
Tarix: 30-07-2024 13:21 | Bölmə: Slayd
Şuşaya növbəti köç olub - (Yenilənib)

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola düşüb.

Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçkün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub.

Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.

Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.

***

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Reyting.az
xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Onlara yeni mənzillərin açarları təqdim edilib.




Bölməyə aid digər xəbərlər