12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna daha bir neçə yaşayış məntəqəsini itirib
Tarix: 30-07-2024 11:17 | Bölmə: Slayd
Ukrayna daha bir neçə yaşayış məntəqəsini itirib

Ukraynanın cənub-şərqindəki əsgərləri aylarla Rusiyanın hücumlarını dəf ediblər. Hətta artilleriya mərmilərinin çatışmazlığı ilə belə, 58-ci motoatıcı briqada təkrar hücumlara qarşı mübarizə apararaq, əks-hücumunun məhdud uğurlarını qoruya bilib.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Bildirilir ki, adıçəkilən briqada itkilər versə də, hər bir rus hücumunu, o cümlədən elit dəniz piyada briqadasının əməliyyatını dəf edib, nəticədə yanan rus zirehli maşınları çölləri bəzəyib.

Ancaq martın sonunda rus qoşunları diqqətlərini iki kiçik kəndə yönəldib: Urojayni və Staromayorski. Bunun üçün ruslara 3 ay lazım gəlib. İyun ayında Staromayorskini işğal edilib, daha sonra yorğun ukraynalı müdafiəçilərin müdafiə xəttini yararaq Urojaynoyeni ələ keçiriblər.

Hesabatda deyilir ki, kəndlərin itirilməsi Ukraynaya zərbə olub: “Rusiyanın cəbhə xəttinin bir çox hissələri boyunca əldə etdiyi son uğurlar fonunda Ukrayna dəniz piyadaları onları azad etmək üçün çox çalışıb”.

Oktyabr ayından Urojaynoyeni müdafiə edən 58-ci briqadanın və onlara bağlı Milli Qvardiya hissələrinin əsgərləri üçün bu, ikiqat çətindir. Bu iki kəndi ziyarət edən zabitlər deyirlər ki, orada bir nəfər də dinc sakin olmayıb, evlər tam dağılıb, müdafiə olunası heç nə yoxdur.

“Döyüş xarabalıqlarda, zirzəmilərdə baş verib. Bir neçə səngər var idi, lakin müdafiə tikililəri yox idi və onları tikmək mümkün deyildi”, - Urojaynidə olmuş mayoru Karay deyib.

Karay bildirib ki, Urojayni cəmi iki küçədən ibarətdir və rus qoşunları artıq iyun ayında kəndin yarısını işğal ediblər: “Bir ay yarım ərzində tərəflər arasında döyüş o qədər şiddətli idi ki, yaralıları yalnız gecələr çıxarmaq olurdu”.

ELÇİN





Bölməyə aid digər xəbərlər