12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Müdafiə Nazirliyinin keçmiş əməkdaşı həbs edilib
Tarix: 30-07-2024 11:41 | Bölmə: Slayd
Müdafiə Nazirliyinin keçmiş əməkdaşı həbs edilib

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğlu barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan olunur və Hərbi Prokurorluğunun təqdimatı əsasında həbs edilib.

Reyting.az
xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Qeyd edək ki, Rəhim Laçınovun həbsi barədə məlumatı ilk olaraq "Bizim.Media" yayıb.





Bölməyə aid digər xəbərlər