12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropa təşviş içində: Macarıstan qapılarını Rusiya casuslarına açır
Tarix: 30-07-2024 12:40 | Bölmə: Slayd
Avropa təşviş içində: Macarıstan qapılarını Rusiya casuslarına açır

İyul ayında Macarıstan Rusiya və Belarus da daxil olmaqla, səkkiz ölkənin vətəndaşlarına təhlükəsizlik yoxlamaları və ya digər məhdudiyyətlər olmadan ölkəyə girişinə imkanı verən yeni və sürətli viza sisteminin təfərrüatlarını dərc edib.

Reyting.az
-ın xəbərinə görə, rəsmi Budapeştin bu qərarı Avropa İttifaqında (Aİ) ciddi narahatlıq və narazılığa səbəb olub.

Avropa Xalq Partiyasının sədri Manfred Veber “Financial Times”ə yazdığı məktubda qeyd edib ki, bu addım Avropa Birliyinin böyük bir hissəsinə rusların maneəsiz səyahət etməsinə imkan verəcək və milli təhlükəsizlik narahatlıqlarını artıracaq.

Veber Avropa Şurasının prezidenti Şarl Mişelə də məktub göndərərək, oktyabrda keçiriləcək Aİ liderlərinin növbəti sammitində bu məsələni qaldırmağı xahiş edib.

Blokun ən böyük siyasi partiyası bildirib ki, Macarıstanın Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini yüngülləşdirməklə bağlı son qərarı casuslar üçün açıq qapıdır və Aİ liderləri təcili əks tədbirlər görməlidirlər.

Bununla belə, Manfred Veber Macarıstanda yeni miqrasiya sisteminə ehtiyacın “şübhə doğurduğunu” deyib. O, xəbərdarlıq edib ki, bu, casusluq fəaliyyətləri üçün ciddi boşluqlar yarada və potensial olaraq çoxlu sayda rusun minimal nəzarətlə Macarıstana daxil olmasına imkan verər. Bu isə milli təhlükəsizlik üçün ciddi risk hesab olunur.

“Belə bir siyasət həm də rusların Aİ qanunvericiliyində nəzərdə tutulan məhdudiyyətləri keçərək Şengen zonası ətrafında səyahətini asanlaşdıra bilər”, - Veber qeyd edib.

Alman mediası yazır ki, Macarıstanın baş naziri Viktor Orban təhlükəsizlik üçün təhlükəyə çevrilir, çünki Avropa İttifaqına gələn əcnəbilər arasında rusiyalı casuslar və terrorçular da ola bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər