ABŞ Rusiyadan sonra Ukrayna ilə danışıqlar aparacaq
Tarix: 24-03-2025 14:43 | Bölmə: Slayd
ABŞ Rusiyadan sonra Ukrayna ilə danışıqlar aparacaq

Amerika və Rusiya nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynada qismən atəşkəslə bağlı danışıqlara başlayıb.

Reyting.az
“The Guardian”-a istinadla bildirir ki, bu görüşdən sonra ABŞ və Ukrayna komandaları arasında danışıqların növbəti raundu gözlənilir.

Nəşr yazır ki, ayrı-ayrı iclaslarda enerji obyektlərinə və mülki infrastruktura hücumların dayandırılması, eləcə də ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün Qara dənizdə hücumlara son qoyulmasının detalları müzakirə olunacaq.

Rusiya lideri Vladimir Putin ötən həftə Donald Trampla telefon danışığından sonra Ukraynanın enerji obyektlərinə zərbələri 30 gün müddətinə dayandırmağa razılaşıb.

Bununla belə, enerji infrastrukturunun nədən ibarət olması ilə bağlı çaşqınlıq qalmaqdadır. Bildirilir ki, Kiyev həmçinin dəmir yolları və limanların mühafizəsini genişləndirməkdə israrlıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər