Tramp Çinin köməyi ilə Rusiyaya sürpriz edə bilər
Tarix: 15-10-2025 08:15 | Bölmə: Siyasət
Tramp Çinin köməyi ilə Rusiyaya sürpriz edə bilər

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatmasını sürətləndirmək və Rusiyaya təzyiq göstərmək üçün oyuna Çini cəlb etməyi düşünə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə alman jurnalist Tomas Fassbender “Berliner Zeitung” qəzetində dərc olunan məqaləsində yazıb.

Müəllif hesab edir ki, Tramp administrasiyası bu planı həyata keçirməkdən ötrü müttəfiqlərə ehtiyac duyur və Çin bu işdə əsas tərəfdaş ola bilər.

Fassbender təklif edir ki, ABŞ–Çin ittifaqı yaranarsa, iki supergüc Rusiyanı sülh sazişi bağlamağa məcbur etmək iqtidarında olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər