Tramp: Ərdoğanla anlaşa bilirəm, ona Rusiyada da hörmət edirlər
Tarix: 14-10-2025 12:38 | Bölmə: Siyasət
Tramp: Ərdoğanla anlaşa bilirəm, ona Rusiyada da hörmət edirlər

“Bir çox insan təkdövlətli həll istəyir. Bəziləri isə ikidövlətli həllin tərfdarıdır”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Misirdə keçirilən Qəzza zirvə toplantısından sonra ABŞ-a qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

“Mən bir dövlət və ya iki dövlətdən danışmıram. Biz Qəzzanın yenidən qurulmasından danışırıq”,- o deyib.

Fələstinlə bağlı ərəb ölkələri ilə siyasətdə fikir ayrılıqlarını necə həll edəcəyini soruşduqda Trampın cavabı belə olub: “Mən nəyin doğru olduğuna qərar verəcəyəm, amma digər dövlətlərlə koordinasiya edəcəyəm”.

Tramp Yaxın Şərqdə sülh elan etməyin hələ tez olduğu fikrini rədd edib:

“Daha çox insanın ölməsini istəyirsiniz? Deyirsiniz ki, onlar daha bir neçə il döyüşməlidir və binalar insanların üzərinə yıxılmalıdır? Biz bunu düzgün etdik. Məncə, vaxtımız mükəmməl idi”.

Tramp bir müxbirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsində vasitəçilik səyləri ilə bağlı sualına “Bəli, Ərdoğana Rusiya tərəfindən hörmət edilir”,- cavabını verib.

Ərdoğanla “möhtəşəm” münasibətini vurğulayan Tramp əlavə edib ki, ancaq sərt insanlarla anlaşa bilir, zəiflərlə yox.

ELÇİN




Bölməyə aid digər xəbərlər