Rusiyanın hərbi obyektlərini iki saata məhv edə bilərlər - Foto
Tarix: 14-10-2025 11:31 | Bölmə: Siyasət
Rusiyanın hərbi obyektlərini iki saata məhv edə bilərlər

“Əgər Rusiya NATO ölkəsinə hücum edərsə, onun Kalininqrad və Sevastopoldakı hərbi obyektləri ilk saatlarda məhv ediləcək”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın Avropadakı ordusunun keçmiş komandanı general Ben Hodges deyib.

Onun sözlərinə görə, Rusiya ilə NATO arasında toqquşma Ukraynadakı müharibə kimi olmayacaq.

“Əgər Rusiya 2025-ci ildə Ukraynaya hücum etdiyi kimi, Polşaya da hücum etsəydi, o, NATO-nun hava və quru qüvvələri tərəfindən məhv ediləcəkdi. İlk saatlarda Rusiyanın Kalininqrad və Sevastopoldakı bütün hərbi obyektləri dağıdılardı”,- deyə general əlavə edib.


B. Hodges

B. Hodges bildirib ki, 2014-cü ildə müharibə başlayanda Avropa, ABŞ və Kanada ümumilikdə Ukraynanı dəstəkləyib, lakin bir çox ölkələr hələ də neft və qaz təchizatında Rusiyadan həddən artıq asılıdır.

“İnsanlar deyirdilər ki, dramatik olmayın, Rusiya mühüm ölkədir, nüvə silahı var. Hələ 2014-cü ildə biz Rusiyanın təcavüzünün cəzasız qalmayacağını açıqlaya bilmədik, hətta Minsk razılaşmaları da Rusiyanın davranışını dəyişdirmədi”, - deyə Hodges qeyd edib.

General vurğulayıb ki, əgər NATO ölkələri genişmiqyaslı işğaldan dərhal sonra daha yaxşı hazırlaşsaydılar və Ukraynanı suverenliyini bərpa etmək üçün lazım olan hər şeyi təmin edəcəkləri barədə xəbərdarlıq etsəydilər, vəziyyət tamam başqa cür olardı və Ukrayna özünü başqa mövqedə tapardı.

“Əvəzində “Rusiya nüvə silahından istifadə etsə, nə olacaq? Bəlkə danışıqlar aparaq”,- deməklə illər sərf etdik. Rusiyanın Ukrayna ərazisindən çıxarılması ilə bağlı danışıqlar aparmalıyıq”, - general bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər