Ukrayna oyundankənar vəziyyətə salınır
Tarix: 17-10-2025 10:41 | Bölmə: Siyasət
Ukrayna oyundankənar vəziyyətə salınır

Kiyev ABŞ-dan dəstək və “Tomaqavk” raketləri alacağına ümid etsə də, əvəzində Budapeştdə Tramp və Putin arasında yeni görüş barədə xəbər alıb.

Reyting.az
“Axios”a istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və komandası ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Macarıstanda yeni görüş keçirmək barədə razılığa gəlməsindən təəccübləniblər.

Nəşr yazır ki, cümə axşamı Vaşinqtona gələn Ukrayna lideri Trampla görüş öncəsi son günlər ehtiyatlı nikbinlik ifadə edib. Kiyev Ağ evin Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin verilməsinə razılılaşacağına ümid edirdi. Lakin Zelenski Endryus Hərbi Hava Qüvvələri bazasına endikdən az sonra məlum olub ki, Tramp artıq Putinlə danışıb və Kiyevin Ukraynaya ən az dost hesab etdiyi ölkənin paytaxtı Budapeştdə görüşməyə razılaşıb.

Xatırladaq ki, bir gün əvvəl Tramp Putinlə Budapeştdə görüşməyə razılaşdığını açıqlamışdı. O, bunun dəqiq nə vaxt baş verəcəyini deməsə də, əlavə edib ki, sammit yaxın iki həftə ərzində baş tuta bilər.

“Bloomberq” yazır ki, bu görüş həm Kiyevdə, həm də ABŞ-nın Avropadakı müttəfiqləri arasında narahatlıq yaradıb.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin eksperti Celeste Vallander xəbərdarlıq edib ki, görüş konkret nəticə olmadan başa çatarsa, Putinə “dünyaya nəzarətin onun əlində olduğuna dair siqnal göndərmək” imkanı yaranacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər