00:03 / 15-10-2025
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

Adamı yerində belə oturdurlar...
Tarix: 14-10-2025 22:49 | Bölmə: Siyasət

Adam Şiff
Əvvəlcə yazımıza sörlövhə olaraq “Erməni lobbisti Adam Şiffin “Sizif əməyi”, yaxud “Sizif daşı” kimi fikirləşmişdik. Amma Kaliforniya haylarının puluna hərisliyinin dərəcəsi çoxdan itmiş senatoru qədim yunan mifologiyasındakı küləklər hökmdarı Eolun oğlu Siziflə müqayisə etməyi küfr saydıq. Allahları aldatdığı üçün ömürlük cəzaya – dağın ətəyindən zirvəzinə kimi daşı diyirlətməyə məhkum edilmiş qələtkar son nöqtəyə çatan kimi daş üzüaşağı yuvarlanırmış. Sizifin gördüyü işin səmərəsizliyini və mənasızlığını həyatın boşluğu ilə müqayisə kontekstində ədəbiyyata gətirən Əlcəzair əsilli məşhur fransız yazıçısı Albert Kamyu rəvayəti “Zirvəyə doğru təkbaşına didinmək bir insanın ürəyini doldurmağa yetər” fəlsəfəsi ilə ifadə edib.
İndi biz ibrətamiz mif qəhrəmanının əbədi əzabını ürəyi vicdandan, düşüncəsi ədalətdən məhrum demokrat senatorun əməlləri ilə müqayisə edə bilmərik. Çünki ABŞ-da ermənilərin kompakt yaşadığı Kaliforniya ştatından Senata üzv seçilmiş Adam Şiffin anti–Azərbaycan fəaliyyəti – kriminal xarakterli cinayət əməlləri miflərlə deyil, qanunvericiliklə tövsif olunmalıdır. Bəri başdan deyək ki, onun da “son mənzili”nin haypərəst həmkarı Bob Menendez kimi dəmir barmaqlıqlar arxasında olacağına şübhəmiz yoxdur. Amma hələlik Şiff boynuna götürdüyü missiyanı yerinə yetirməyə, yəni, Azərbaycana qarşı şər-böhtan dolu çıxışlar etməyə, hansısa qanun layihəsinə Bakıya siyasi təzyiqi nəzərdə tutan düzəlişi irəli sürməyə borcludur. Amma bu zaman reallığı unudur: daha nə Ağ Ev əvvəlki Ağ Evdir, nə də Kapitolidə bir il əvvəlki ab-hava hökm sürür.
***
Senat Adam Şiffin 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktına təklif etdiyi anti-Azərbaycan düzəlişinə baxmaqdan imtina etməklə təkcə təşəbbüsün müəllifini deyil, həm də erməni lobbisini yerinə oturtmuş oldu. Azərbaycana təzyiq etmək məqsədi daşıyan budəfəki düzəliş o qədər siyasiləşmiş və reallıqdan uzaq idi ki, heç səsvermə mərhələsinə gedib çıxa bilməyib. Demokrat Şiff təklif etmişdi ki, Vaşinqton rəsmi Bakını “Həbsdə olan ermənilərə qarşı saxta məhkəmələrə (?) son qoymağa, bütün erməni hərbi əsirləri (?) və əsir götürülmüş mülki şəxsləri (?) Ermənistana qaytarmağa” çağırsın. Layihəyə düşəlişdə, həmçinin Tramp administrasiyasına “ATƏT-in Minsk qrupu (?) vasitəsilə” Bakıya diplomatik təzyiqi artırmaq tövsiyə olunurmuş. Əlavə təzyiq vasitəsi kimi hətta “Maqnitski Aktı” ilə Azərbaycan məmurlarına qarşı fərdi sanksiyaların tətbiqi imkanlarının nəzərdən keçirilməsini də irəli sürülübmüş.
Senatın gündəliyinə belə salınmağa layiq görülməyən bu təkliflər ABŞ qanunverici orqanının stenoqram yaddaşına Adam Şiffin siyasi şousu kimi yazıldı. Bu adamın elementar siyasi məntiqlə düşünmək qabiliyyəti olsaydı, Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh dialoqunun inkişaf etdirilməsi missiyasına zidd sənədi ağlı başında olan heç bir senatorun dəstəkləməyəcəyini anlamalı idi. Ən azı, bu səbəbdən nəticə əvvəlcədən gözlənilirdi. İndi Şiff kimi erməni lobbisi də papağı qarşılarına qoyub fikirləşməli və dərk etməlidirlər ki, Azərbaycana qarşı saxta arqumentlər, emosional bəyanatlar, tarixi miflər erası arxada qaldı. Adam Şiffin adı onsuz da uzun illər ABŞ-dakı erməni diasporu ilə “qırılmaz tellərlə” bağlılıqda hallanırdı.
***
Erməni icmasının ənənəvi olaraq güclü sayıldığı Kaliforniya ştatından Senata seçilən Adam Şiff ardıcıl, həm də nümayişkaranə şəkildə anti-Azərbaycan mövqe tutub. O, Ermənistan–Azərbaycan münaqişəsinin səbəb və nəticələrini təhrif edən, işğalçını deyil, işğala məruz qalanı “təcavüzkar” kimi qələmə verən çoxsaylı qətnamələrin müəllif - sponsorlarından biri olub. Dəfələrlə Bakını Qarabağ ermənilərinə qarşı “müharibə cinayətləri” törətməkdə, “soyqırımı”nda ittiham edib. Hələ 5 il bundan əvvəl, 44 günlük müharibənin gedişində Şiff Konqresdəki çıxışında ABŞ-dan “insidentə müdaxilə və Bakını dayandırmağı” tələb etmişdi. O, Azərbaycanın öz ərazilərini işğalçıdan azad etməsini “humanitar fəlakət” kimi qiymətləndirmiş, erməni separatizmini isə “effektiv müdafiə” kimi qələmə vermişdi.
Amma Adamın siyasi portretinin cizgiləri bununla tamamlanmır. Bədnam senatorun adı ABŞ-dakı erməni diasporuna sadiq parlamentari kimi uzun müddət hay lobbisinin başqa bir züytutanı, indi həbsxanada səmadan məhrum edilmiş senator Robert Menendezlə eyni ampluada hallanır. Sonuncu təkcə özünün çoxsaylı anti-Azərbaycan təşəbbüsləri ilə deyil, həm də böyük korrupsiya qalmaqalları – rüşvət almaqda, xarici şirkətlərlə qanunsuz sövdələşmələrdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, hətta casusluqda ittiham olundu. Bu ifşalar fonunda Şiffin də haypərəst “fəaliyyəti” ciddi suallar doğurur. Onun “prinsipləri” çox vaxt Konqresdəki “dostlarının” seçki kampaniyalarını səxavətlə maliyyələşdirən erməni diasporunun maraqları ilə üst-üstə düşür. Çox güman ki, ABŞ Femidası tezliklə senator Adam Şifflə bağlı da “Menendezgeyt”ə bənzər bir cinayət dosyesini üzə çıxaracaq.
Maraqlı bir məqama diqqət yetirək. Şiffin düzəlişi bu il iyulun 31-də dərc edilib. Həmin düzəlişdə o, Donald Tramp Administrasiyasını bütün səviyyələrdə, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan hökumət orqanlarına təzyiq göstərməyə çağırıb. Cəmi bir həftə sonra, avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda keçirilən sammitdə ATƏT-in Minsk qrupunun və ona bağlı prosesin bağlanması ilə bağlı qurumun sədrinə birgə müraciət imzaladılar, üç ölkənin liderləri isə Birgə Bəyannamə ilə sülh sazişinin mətnini parafladılar. Yəni, Vaşinqton tərəfləri sülhə yaxınlaşdırarkən, Adam Şiff kimi gerizəkalılar otuz illik mantraları təkrarlamaqla, keçmişə boylanmaqla məşğul olurlar. Əslində, realllığın özü hayların uğursuzluğunu təmin etmişdi. Təkcə respublikaçılar deyil, demokratlardan da heç kim Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh dialoqunun inkişaf etdirilməsi ilə bağlı öhdəliyinə zidd sənədi dəstəkləməyib. Cəmi on il əvvəl haypərəstlərin bu cür təşəbbüsləri onlarla imza toplaya bildiyi halda, bu gün qıcıqdan başqa heç nə, mifdən çox macəraya bənzəyən son Adam hadisəsi isə acı gülüşdən qeyri reaksiya doğurmur.
Dünya dəyişib və ABŞ-ın xarici siyasəti tədricən etnik lobbilərdən azad olmaqdadır. Bu günün diktə etdiyi prioritetlər sabitlik, enerji marşrutları və strateji ittifaqlardır. Regionun lider dövləti və orta güc olaraq Azərbaycan bu siyasi arxitekturanın əsas elementidir.
İ.HƏSƏNQALA,
“Xalq qəzeti”
Bölməyə aid digər xəbərlər

Dünən, 22:49
Adamı yerində belə oturdurlar...
Dünən, 17:37
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
Dünən, 17:06
Sabiq icra başçısının həbs müddəti uzadılıb
Dünən, 14:57
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
Dünən, 14:41
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
13-10-2025, 21:32
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
13-10-2025, 15:44
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
13-10-2025, 09:54
İndoneziya Azərbaycana yeni səfir təyin edib
13-10-2025, 08:12
Tramp Putinin münaqişəni həll edəcəyinə hələ də inanır
11-10-2025, 17:07
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
11-10-2025, 13:50
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
10-10-2025, 18:00
Anar Əsədlinin cinayət işi məhkəməyə göndərilib
10-10-2025, 17:46
Ramil Həsən millət vəkili kimi fəaliyyətini dayandırır
10-10-2025, 12:13
Spikerdən deputata cavab: "Mütləq bu məsələ ilə məşğul olacağam”
10-10-2025, 11:10
“Sputnik Azərbaycan”ın Bakıda saxlanılan rəhbəri azadlığa buraxılıb
10-10-2025, 10:27
Qəzza əhalisi sülh razılaşmasını qeyd edir
10-10-2025, 07:35
Türkiyə Qəzzada atəşkəsin monitorinqində iştirak edəcək
9-10-2025, 21:08
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası olub - Foto
9-10-2025, 18:28
İtkin şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib
9-10-2025, 16:01
Zelenski: Putinin böyük müharibəyə başlama riski var
9-10-2025, 14:25
Keçmiş MTN generalının yarım milyonluq evi hərraca çıxarılıb
9-10-2025, 12:26
Hafiz Hacıyev: "Bayram Səfərovun Şuşaya aidiyyəti yoxdur"
9-10-2025, 10:14
Hikmət Hacıyev ABŞ-nın beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb
9-10-2025, 07:58
Ağ evin elçisi Moskvaya niyə gəlib?
8-10-2025, 12:32
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
8-10-2025, 09:01
Tramp: Qarşıdakı 48 saat həlledici olacaq
8-10-2025, 08:49
Kaya Kallasdan tonunu yumşaltmaq tələb edilir
7-10-2025, 19:59
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib
7-10-2025, 16:33
“TDT+” formatının yaradılması ilə bağlı qərar verilib
7-10-2025, 15:53
Deputatlar 14 məsələni müzakirəyə çıxaracaq - Siyahı
7-10-2025, 14:14
Ərdoğan Qəbələdə: "Mövqe nümayiş etdirməliyik"
7-10-2025, 12:03
Hikmət Hacıyev: "Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir"
7-10-2025, 11:26
ABŞ-da hökumətin bağlanma prosesi davam edir
7-10-2025, 09:43
Ceyhun Bayramov: "Ortaq dil, tarix və ənənələrə söykənən..."
6-10-2025, 22:17
Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla görüşüb
6-10-2025, 16:52
Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb
6-10-2025, 13:10
Saxlanılan QHT sədrləri sərbəst buraxılıblar
6-10-2025, 12:49
Qəbələdə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək
6-10-2025, 11:39
HƏMAS nümayəndələri İsraillə sülh danışıqlarına start verir
6-10-2025, 10:09
Möhyəddin Orucov kassasiya şikayəti verib
6-10-2025, 08:06
Finlandiya “nümunəsi” Kiyev üçün fəlakət ola bilər