Tramp Putinin münaqişəni həll edəcəyinə hələ də inanır
Tarix: 13-10-2025 08:12 | Bölmə: Siyasət
Tramp Putinin münaqişəni həll edəcəyinə hələ də inanır

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı hərbi qarşıdurmanı dayandıracağına əmin olduğunu açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Mən həqiqətən belə düşünürəm ki, prezident Putin müharibəni saxlaya bilsəydi, bu, əla olardı. Mənə elə gəlir ki, o, bu məsələni həll edəcək”,- Ağ ev rəhbəri deyib.

O, əlavə edib ki, Birləşmiş Ştatlar “buna uyğun hərəkət edəcək”.

Tramp ABŞ-nın Ukraynaya “Tomaqavk” raketləri verə biləcəyi şərtlərini tam açıqlamayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər