Lisey və gimnaziyalara qəbul qaydaları dəyişib
Tarix: 29-05-2025 09:51 | Bölmə: Slayd
Lisey və gimnaziyalara qəbul qaydaları dəyişib

Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb.

Reyting.az
-ın məlumatına görə, İnstitutun yaydığı açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub.

"Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək",- məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə bəzi valideynlər lisey və gimnaziyalara qəbul qaydalarından xəbərsiz olduqlarını əsas gətirərək məsələyə etirazlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir
21-05-2025, 08:22 NATO parçalana bilər