12:42 / 23-05-2025
Sabah yağış yağacaq
Ali məktəblərə qəbul üçün plan yerləri artırılıb
Tarix: 23-05-2025 11:25 | Bölmə: Slayd
Ali məktəblərə qəbul üçün plan yerləri artırılıb

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb.

Reyting.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21 faiz (1309 yer) artırılıb:

“Plan yerlərinin 28 min 401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər”.

M.Abbaszadə eyni zamanda bu il keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları haqqında danışan sədr ötən illə müqayisədə nəticələrin bir-birinə uyğun olduğunu vurğulayıb:

“2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.




Bölməyə aid digər xəbərlər
21-05-2025, 08:22 NATO parçalana bilər