18:00 / 26-11-2025
"Alov Qüllələri"nin ətrafında sürüşmə ilə bağlı tədqiqat aparılacaq
17:39 / 26-11-2025
Bakıda avtomobili nömrəsiz idarə edən sürücü həbs edilib
17:31 / 26-11-2025
Əli Əsədov yeni qərar imzalayıb
17:24 / 26-11-2025
Fəzail Ağamalı: "Mən bu haqda danışmaq istəmirəm”
17:18 / 26-11-2025
Qurban Qurbanov: "Mənə heç yerdə heykəl qoyulmasın"
16:43 / 26-11-2025
Cəlaloğlu: Ukraynada Rusiyaya güzəşt, Orta Asiya və Qafqazda ABŞ-a güzəştlə əlaqəli ola bilər
16:28 / 26-11-2025
İstefaya göndərilən baş məşqçi haqqını tələb edəcək
16:01 / 26-11-2025
Yüksək nəticələr göstərmiş idmançılara 1,9 milyon manat ayrılıb
15:55 / 26-11-2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb - (Yenilənib)
15:53 / 26-11-2025
Prezident iki nəfərə ali xüsusi rütbə verib - Fotolar
15:45 / 26-11-2025
Deputat Günay Ağamalı: "O videodakı qız mənim deyil"
15:33 / 26-11-2025
İranda məktəblər distant təhsilə keçir, muzeylər bağlanır
15:32 / 26-11-2025
İcra başçısı "Yaşıllaşdırma"nın rəisini vəzifədən azad edib - Yeni təyinat
15:10 / 26-11-2025
Şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib
14:56 / 26-11-2025
İran yeni vasitəçi axtarır: Vəliəhd seçimi mübahisə doğurub
14:45 / 26-11-2025
Qurban Qurbanov AFFA iclaslarına niyə qatılmır?
14:40 / 26-11-2025
ATV kanalına xəbərdarlıq edilib
14:40 / 26-11-2025
Erməni spiker Sahibə Qafarovanı ölkəsinə dəvət etmək istəyir
14:35 / 26-11-2025
General məhkəməyə gələcək
14:20 / 26-11-2025
Vergi Xidməti kirayə evlərdən alınacaq vergi ilə bağlı məlumat yayıb
14:15 / 26-11-2025
Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb
13:59 / 26-11-2025
Rusiya müharibədə hər ay 20 min əsgər itirir
13:37 / 26-11-2025
Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb
13:37 / 26-11-2025
Britaniya ordusunda kabus dolaşır
13:28 / 26-11-2025
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq
13:06 / 26-11-2025
İcra Hakimiyyətinin sürücüləri vəzifədən azad edilib
12:53 / 26-11-2025
Ukrayana məsələsi ABŞ-da hakimiyyətdaxili qarşıdurmaya səbəb olub
12:22 / 26-11-2025
Sabahın hava proqnozu açıqlanıb
12:17 / 26-11-2025
Daqqadakı güclü yanğın 1500 evi külə çevirib
18:46 / 21-11-2025
Bakıda D-8 Media Forumu keçirilib - (Yenilənib)
02:12 / 22-11-2025
Yasamalda yanğın: 3 nəfər ölüb, 20 nəfər zəhərlənib - (Yenilənib)
20:01 / 21-11-2025
Ukrayna Kupyansk və daha dörd yaşayış məntəqəsini itirib
20:01 / 21-11-2025
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
20:20 / 22-11-2025
Azərbaycan və Ermənistan arasında “Sülh Körpüsü” fəaliyyətə başlayır
11:45 / 22-11-2025
Ukrayna çətin seçim qarşısında qalıb
13:40 / 23-11-2025
Azərbaycan və Ermənistan nümayəndələrinin Bakı görüşündə hansı razılaşmalar əldə edilib?
12:53 / 22-11-2025
Prezident istehsal müəssisəsinin açılışında iştirak edib - Fotolar
00:10 / 23-11-2025
Trampın Ukrayna ilə bağlı əlavə təklifi olacaq
00:39 / 24-11-2025
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib
14:56 / 24-11-2025
Zəngilan rayonuna növbəti köç karvanı gedib - (Yenilənib)
00:38 / 25-11-2025
Azad Kəlbəcər - Bu gün Kəlbəcər Şəhəri Günüdür
Rusiya iki yol ayrıcında: Hərb, yoxsa Sülh?
Tarix: 23-05-2025 11:39 | Bölmə: Slayd

Rusiyanın gerbində üstünlük təşkil edən ikibaşlı qartal Bizans imperiyası ilə tarixi əlaqəni ifadə etməkdən tutmuş geniş ölkənin şərq və qərbə yayımını səciyyələndirməyə qədər bir çox məna daşıyır. Rusiya və Ukrayna arasında İstanbulda keçirilən son görüşdən və Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla sonrakı telefon danışığından sonra qartalın iki başı həm də ölkənin iki ağlını xatırladır; bu iki ağıl ölkəni əks istiqamətlərə çəkir və potensial olaraq onu parçalayır.
Reyting.az xəbər verir ki, bu barədə “Project Syndicate” saytı yazıb.
Təhlilin müəllifi keçmiş SSRİ lideri Nikita Xruşşovun nəvəsi Nina Xruşşova qeyd edir:
Putin, nəhayət, Ukrayna müharibəsində üstünlüyü təmin edib. Rusiya qoşunları 2022-ci ilin sentyabrında Rusiyanın özününkü olduğunu iddia etdiyi rayonlara: Donetsk, Xerson, Luqansk və Zaporojyeyə tam nəzarəti ələ keçirmək istiqamətində (etiraf etmək lazımdır ki, yavaş) irəliləyir. Ölkə buna misli görünməmiş sanksiyalara və Qərbin Ukraynaya çoxlu milyardlarla dollar dəstəyinə baxmayaraq, hələ ki nail olur. Bununla da Putin Qərbə və istənilən rəqibə açıq mesaj göndərib: Rusiyanı heç vaxt səhv qiymətləndirməyin!
Üstəlik, döyüşü bitirmək üçün heç vaxt bundan münasib vaxt olmayıb!
Bununla belə, keçən həftə İstanbulda iki tərəf arasında müharibə başlayandan bəri keçirilən ilk birbaşa danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynanın qəbul etməyəcəyinə əmin olan sərt tələblər siyahısı açıqlayıb və onu “sonsuza qədər müharibə aparacağı” ilə hədələyib. Unutmayın, nümayəndə heyətinin rəhbəri soyuqqanlılıqla qeyd edib ki, Rusiya 1700-cü illərdə İsveçlə 21 il vuruşub.
Danışıqlar cəmi bir neçə saatdan sonra başa çatdıqda isə Rusiya birjası çöküb, bu da investorların açıq-aşkar qınağına tuş gəlib.
Mayın 19-da Putin Trampla 2 saatlıq söhbətdə öz nümayəndə heyətinin tələblərini mahiyyətcə təsdiqləyib. Lakin o və Tramp hələ danışarkən, investorlar ümidverici nəticəyə nikbin baxaraq, bir dolları 78 rubl səviyyəsində proqnozlaşdırırdılar (son vaxtlara qədər 100-dən çox idi).
Sadə rusların əksəriyyəti də müharibənin bitməsini istəyir. Doğrudur, çox az adam açıq şəkildə sülhə çağırış etməklə həbs riskinə məruz qalmağa cəsarət edir.
Müstəqil “Levada” Mərkəzi bildirir ki, əhalinin təxminən üçdə ikisi hərbi əməliyyatların davam etməli olduğunu düşünür, 48 faizi isə müharibəni ən pis qorxu sayır. Rusların 47 faizə qədəri Ukrayna müharibəsinin xeyirdən çox zərər verdiyini düşünür.
İllərdir davam edən müharibə və sanksiyalar Rusiyada həyatı daha da pisə doğru dəyişib. İnsanların əmanətləri var idi, amma bu gün əllərinə düşəni xərcləyir, hətta kredit götürürlər.
“Romir” araşdırma firmasının məlumatına (sorğu mayın 5-dən 11-dək keçirilib) görə, orta rus ailəsi ərzaq və gündəlik mallara 8098 rubl (100,29 ABŞ dolları) xərcləyib. Halbuki 2023-cü ilin eyni həftəsində bu rəqəm 6080 rubl olub.
Bu artım təkcə Rusiyanın müharibə başlayandan bəri yaşadığı yüksək inflyasiyanı deyil, həm də gələcəklə bağlı qeyri-müəyyənliyi göstərir. İnsanlar sabahın necə olacağından o qədər qorxurlar ki, bu gün mümkün qədər yaxşı yaşamağa çalışırlar.
Amma “mümkün qədər yaxşı” yaşamaq yaxşı yaşamaqla eyni şey deyil. Məzuniyyəti düşünün. Yerli turizm əksər rusların yeganə variantıdır, xarici səyahətlərə qarşı sərt sanksiyalar nəzərə alınmaqla, rublun zəifliyindən bəhs etmirəm. Məşhur istirahət məkanı olan Qara dəniz sahil xətti ağır mazut qatıyla örtülüb. Təəccüblü deyil ki, avtokratiyalarda həmişə etibarsız olan rəsmi rəy sorğuları göstərir ki, rusların yalnız 40 faizi yaxın bir neçə ildə həyatlarının yaxşılaşacağına inanır.
Bundan başqa, hərbi xidmətə çağırış haqqında bir neçə kəlmə danışmaq ehtiyacı var. Putin iddia etməyi xoşlayır ki, Ukraynadan fərqli olaraq, Rusiyanın döyüşə göndərilməsi üçün insanları küçələrdə tutmağa ehtiyac yoxdur; guya hər ay döyüşmək üçün hərbi komissarlıqlara gələn 50,000-60,000 könüllü var. Lakin bu “könüllülər” əslində, Kremldən regional liderlər tərəfindən pul alır və ya müharibəyə getməyə məcbur edilirlər.
Regional liderlər müharibə yorğunluğunun başladığını çox yaxşı anlayırlar. Rusiyanın Uzaq Şərqindəki Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako son müsahibəsində bunu etiraf edib. O qeyd edib ki, müharibəyə sərf olunan külli miqdarda vəsait insanların həyatını yaxşılaşdırmaq əvəzinə, xalqın narazılığını daha da artırır.
Kojemyakonun şərhləri göstərir ki, Ukrayna müharibəsi üçün aparıcı əsgər tədarükçüsü olan region artıq Kremlin işçi qüvvəsi tələbi ilə ayaqlaşa bilmir.
Kreml o ikibaşlı qartal kimi ziddiyyətli qalır. Ukrayna müharibəsinin sona çatması Putinə dəstəyi gücləndirən eyforiya dalğasına səbəb ola bilər. Ancaq sülh razılaşması çox tez olarsa, bu eyforiya 2026-cı ilin sentyabrında keçiriləcək parlament seçkilərinə qədər dağıla, əvəzində Rusiya iqtisadiyyatının acınacaqlı vəziyyətindən və əksər rusların rifahının aşağı düşməsindən narazılıq yarana bilər.
Rusiya liderləri - Putindən tutmuş regional qubernatorlara qədər - seçicilərini həyatın sərt üzündən yayındırmaq üçün artıq xarici təhdidlərdən istifadə edə bilmədikdə asayişi (və öz mövqelərini) necə qoruyacaq?
Hələlik hakim partiya olan “Yedinaya Rossiya” gələnilki seçkilər üçün özünü necə ən yaxşı mövqedə tutacağını müzakirə edir: davam edən müharibə fonunda vətənpərvərlik hissini möhkəmləndirməyə çalışan “qələbə partiyası” və ya döyüşü qəhrəmancasına başa vuran “sülh və inkişaf partiyası” kimi? Ancaq bu, ağıllı seçki hesablamalarına uyğun gəlməyə bilər. Putin üçün istənilən sülh sazişi - nə qədər sərfəli olsa da, zəiflik deməkdir. Çünki Böyük Dövlət danışıqlar aparmır, o, ram edir.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:43
Cəlaloğlu: Ukraynada Rusiyaya güzəşt, Orta Asiya və Qafqazda ABŞ-a güzəştlə əlaqəli ola bilər
Bu gün, 15:55
Növbəti köç karvanı Kəlbəcərə çatıb - (Yenilənib)
Bu gün, 15:53
Prezident iki nəfərə ali xüsusi rütbə verib - Fotolar
Bu gün, 13:59
Rusiya müharibədə hər ay 20 min əsgər itirir
Bu gün, 10:52
Ukrayna NATO yolundan dönməyəcək
Bu gün, 10:04
Bakıda SSRİ bayrağını qaldıranlar saxlanılıb - Foto
Bu gün, 09:22
17 nəfər Almaniyadan Azərbaycana qaytarılıb
Dünən, 11:23
Ukraynanın süqutu yaxınlaşır
Dünən, 08:26
İlham Əliyev Kəlbəcərlə bağlı paylaşım edib - Video
24-11-2025, 12:36
Paşinyan konstitusiyanın dəyişdirilməsini necə həyata keçirəcək?
24-11-2025, 11:46
Prezident forum iştirakçılarına müraciət edib
24-11-2025, 09:39
Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir
24-11-2025, 08:34
Ukrayna və ABŞ sülh üzrə yeni sənəd hazırlayıblar
23-11-2025, 13:40
Azərbaycan və Ermənistan nümayəndələrinin Bakı görüşündə hansı razılaşmalar əldə edilib?
22-11-2025, 16:17
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib
22-11-2025, 11:45
Ukrayna çətin seçim qarşısında qalıb
21-11-2025, 16:27
Partiyada qalmaqal: professor sabiq sədri ittiham edir
21-11-2025, 16:03
Zelenski möhkəm və etibarlı tərəfdaş axtarır
21-11-2025, 14:53
Rus ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyir
21-11-2025, 13:15
Günlərin qısalması doğrudurmu?
21-11-2025, 11:12
Ermənistandan Azərbaycana nümayəndə heyəti gəlib
21-11-2025, 10:28
Prezident D-8 media forumunun iştirakçılarına müraciət ünvanlayıb
21-11-2025, 10:10
Keçmiş rəisin cəzası azaldılıb
20-11-2025, 16:32
Həqiqi hərbi xidmətə çağırış başlayır - Sərəncam
20-11-2025, 16:15
Ağdərəyə daha 27 ailə köçüb - (Yenilənib)
20-11-2025, 14:23
Şuşakəndə və Hadruta köç karvanı gedib - (Yenilənib)
20-11-2025, 12:22
Ukraynaya dair yeni plan təsdiq edilib
20-11-2025, 11:10
Vaşinqtonda minlərlə insan Trampa qarşı birləşib - Aksiya
20-11-2025, 10:16
Əlilliyi olan şəxslərlə bağlı qaydalar dəyişib - Qərar
20-11-2025, 09:10
Ukrayna ilə bağlı yeni sülh planı hazırlayıblar
20-11-2025, 08:44
Ankara İstanbul dialoqunun davamını dəstəkləyir
20-11-2025, 00:14
Böyük faciənin 34-cü ili tamam olur
20-11-2025, 00:09
Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
19-11-2025, 18:31
Tehran daha çox Çinə güvənməyə başlayır
19-11-2025, 14:18
Qırmızı Bazar və Sosa növbəti köç olub
19-11-2025, 11:23
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb
18-11-2025, 21:13
Rusiya ordusu Donetsk bölgəsində irəliləyir - Foto
18-11-2025, 16:26
Yer kürəsini sirli bir peyk müşahidə edir
18-11-2025, 14:21
Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşüb
18-11-2025, 14:14
“Mərkəzi Asiya İcması” yaradırlar: Bakıya da dəvət gəlib
18-11-2025, 12:18
Dünya yeni qaydalar diktə edir: Avropa təsirini itirir, Türkiyə və digər ölkələr önə çıxır
18-11-2025, 10:20
Xankəndi müasir şəhərsalma standartlarına uyğunlaşdırılır - Fotolar
17-11-2025, 14:42
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək