16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Tiktoker Vüqar Zeynalzadə azadlığa buraxılıb
Tarix: 30-05-2025 16:04 | Bölmə: Cəmiyyət
Tiktoker Vüqar Zeynalzadə azadlığa buraxılıb

Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə ("Vaqa”​) azadlığa buraxılıb.

Reyting.az
 "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu dəqiqələrdə iş üzrə dəyişən halları nəzərə alaraq belə qərar çıxarıb.

Vaqa barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.

Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.




Bölməyə aid digər xəbərlər