16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Ukrayna ordusunun təchizat yolu bağlanıb
Tarix: 30-05-2025 12:30 | Bölmə: Xəbərlər
Ukrayna ordusunun təchizat yolu bağlanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinin Yunakovka kəndinin şərq kənarında mövqelərini möhkəmləndirib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, Yunakovka Sudjanın səkkiz kilometrliyində yerləşir.

Kənd Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində qruplaşma üçün logistika qovşağı və təchizat məntəqəsi kimi istifadə etdiyi Sudjaya gedən əsas marşrutun üzərində yerləşir.

Yunakovka üzərində nəzarət rus hərbçilərinə Ukrayna Silahlı Qüvvələrinin tədarükünə mane olmağa imkan verib. Rusiya bölmələri həmçinin Vodolaga və Belovodı ərazilərində də öz mövqelərini möhkəmləndiriblər.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri hələ mayın 24-də Yunakovkaya daxil olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər