16 ştatın baş prokuroru Tramp administrasiyasına qarşı iddia qaldırıb - Foto
Tarix: 29-05-2025 14:41 | Bölmə: Slayd
16 ştatın baş prokuroru Tramp administrasiyasına qarşı iddia qaldırıb

ABŞ-nın 16 ştatının baş prokuroru Tramp administrasiyasının maliyyə vəsaitlərini kəsməsi və Milli Elm Fonduna (NSF) yeni məhdudiyyətlər tətbiq etməsinə qarşı federal məhkəmədə iddia qaldırıb.

Reyting.az
-ın məlumatına görə, Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin başçılıq etdiyi 16 ştatın baş prokurorları bildiriblər ki, Tramp administrasiyası Milli Elm Fondundan tədqiqatların maliyyələşdirilməsini məhdudlaşdırmaq və müxtəliflik proqramlarını ləğv etmək səlahiyyətinə malik deyil.



Prokurorlar deyiblər ki, Tramp administrasiyasının elmə hücumları və STEM-də müxtəlifliyi təmin etmək səyləri ABŞ iqtisadiyyatını və milli təhlükəsizliyini sarsıdacaq. Onların sözlərinə görə, siyasəti elmdən üstün tutmaq ABŞ-ı geri çəkəcək.

Milli Elm Fondunun məlumatlarında qeyd olunur ki, Tramp administrasiyasının siyasəti nəticəsində 1700-dən çox qrant proqramı ləğv edilib və kəsilən vəsaitin məbləği 1,4 milyard dollara çatıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir
21-05-2025, 08:22 NATO parçalana bilər