Hərbçimiz minaya düşüb - Yenilənib
Tarix: 29-05-2025 16:23 | Bölmə: Slayd
Hərbçimiz minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Xudaverdi Həsən oğlu Sadıqov Kəlbəcər rayonunda ermənilərin basdırdığı piyada əleyhinə minaya düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə mayın 29-u saat 10:10 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı qeydə alınıb.

Nəticədə hərbi qulluqçu sol ayağından xəsarət alıb. İlkin tibbi yardım göstərilən X. Sadıqov ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.

***

Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi açılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir
21-05-2025, 08:22 NATO parçalana bilər