16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Fidan: Ukraynanın NATO-ya qəbuluna dair konsensus yoxdur
Tarix: 30-05-2025 15:22 | Bölmə: Siyasət
Fidan: Ukraynanın NATO-ya qəbuluna dair konsensus yoxdur

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) müxtəlif baxışlara sadiqdir və Ukraynanın gələcək üzvlük perspektivləri ilə bağlı konsensus yoxdur.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sıbiqa ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ukrayna kontekstində NATO məsələsi NATO daxilində uzun müddətdir davam edən müzakirədir. Müxtəlif baxışlar və parametrlər var, xüsusən də müharibənin davam etməsi ilə bağlı reallıqları nəzərə alsaq, NATO daxilində bu məsələdə konsensus yoxdur və üzv ölkələrin fərqli yanaşmaları var”,- Fidan bildirib.

O əlavə edib ki, NATO-nun təhlükəsizliyin təmin edilməsinin kollektiv forması var və hansı əməkdaşlıq formasının Ukrayna üçün daha faydalı olacağını öyrənmək lazımdır, çünki burada Avropa, Amerika və Türkiyənin mövqeləri də mövcuddur.

Fidan əlavə edib ki, Rusiyadakı danışıqlar zamanı bu məsələ gündəmdə olmayıb.

Bildiyiniz kimi, Rusiya Ukraynanın NATO-ya daxil olmasının qəti əleyhinədir və bunu Ukraynaya ultimatumlardan biri kimi irəli sürür. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq iddia edir ki, Tramp Putinə Ukraynanın NATO-ya üzv olmayacağına dair söz verməyə hazırdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
27-05-2025, 08:35 Putin Trampı məyus edib