Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
Tarix: 24-10-2025 12:44 | Bölmə: Slayd
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək

Kənd rayonlarında yerləşən məktəblərdə çalışan pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş gənc müəllimlərə kompensasiya ödəniləcək.

Reyting.az
xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Hesablamaya görə, hər müəllim üçün müvafiq xərclərin ödənilməsinə 2 min manatdan çox vəsait ayrılacaq.




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto