13:09 / 25-10-2025
Sabah yağış yağacaq
19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
Tarix: 25-10-2025 09:30 | Bölmə: Slayd
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)

Rusiya ordusu səhərə yaxın Ukrayna paytaxtı Kiyevə raket zərbəsi endirib. Şəhərdə bir neçə güclü partlayış baş verib, nəticədə Darnıtski və Desnyanski rayonlarında yanğınlar başlayıb.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, ilkin məlumata görə, 8 nəfər yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko deyib ki, şəhərin sol sahilində bir neçə yerdə yanğın qeydə alınıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Darnıtski və Desnyanski rayonlarında yanğınlar başlayıb.

Səhər saat 5-ə yaxın Kliçko yaralıların sayının 8-ə yüksəldiyini, onlardan üçünün hospitala yerləşdirildiyini bildirib.

“Hazırda paytaxtda 8 yaralı var. Desnyanski və Darnıtski rayonlarının qeyri-yaşayış tikililərində böyük yanğınlar müşahidə olunur”,- deyə mer əlavə edib.

***

Oktyabrın 25-də gecə saatlarında Rusiya Ukraynaya doqquz “İskander-M” ballistik raketi və 62 zərbə PUA-sı ilə hücum edib. Beş ballistik raket və 12 zərbə PUA-sı 11 yerdə hədəfə dəyib.

Reyting.az
Ukrayna mətbuatına istinadla bildirir ki, saat 09:00-a olan vəziyyətə əsasən, hava hücumundan müdafiə qüvvələri dörd ballistik raketi və 50 PUA-nı – “Shahed”, “Gerbera” və digər tip dronları - ölkənin şimal, cənub və şərq istiqamətlərində vurub və ya zərərsizləşdirib.

Hava Qüvvələri xəbərdarlıq edib ki, hücum hələ də davam edir - hazırda Ukraynanın hava məkanında bir neçə düşmən PUA-sı var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto