14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Tarix: 22-10-2025 19:39 | Bölmə: Slayd
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər

Bu gün Yerevan şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dəyirmi masa keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu tədbirin əhəmiyyətini vurğulayıb və belə görüşlərin Yerevanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini bildirib.

O, iştirakçılarla görüş zamanı vurğulayıb ki, cəmiyyətin müxtəlif sahələrini cəlb etmək yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.






Bölməyə aid digər xəbərlər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto