17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Tarix: 23-10-2025 14:16 | Bölmə: Slayd
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur

"Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan liderini tərifləməsi təbiidir. Biz əvvəlcə real vəziyyətə baxmalıyıq. Cənubi Qafqazda Azərbaycan sabitliyi təmin edən əsas aktordur. Yəni Azərbaycan həm Gürcüstanın, həm də Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Əlbəttə, əgər müttəfiqlik münasibətləri olarsa. Buna Azərbaycanın həm iqtisadi, həm də insan resursu baxımından imkanı var".

Bunu "Reytinq" qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Ermənistanın baş naziri Nikol Paşinyanın V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı dediklərinə münasibət bildirərkən qeyd edib.

İsazadə əlavə edib ki, qatı millətçiliyi, "Böyük Ermənistan" xülyasını bir kənara qoyaraq real düşünülərsə, Ermənistanın nicatı Azərbaycandadır:

"Əks təqdirdə zəif, iqtisadi və hərbi gücü olmayan Ermənistan çökəcək. Hətta biz ona heç nə etməsək belə, çökə bilər. Bu mənada Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır.

Dünən Azərbaycan lideri İlham Əliyev Ermənistan üçün tranzit yolunu açdı. Bu, Ermənistan üçün müsbət addımdır. Odur ki, Paşinyanın prezident İlham ƏIliyevi tərifləməsi başadüşüləndir. Həqiqətən Azərbaycan lideri böyük siyasi addımlar atır".

A. İsazədə sonda qeyd edib ki, Ermənistan reallıqları anlamalı, əməkdaşlıq istiqamətində irəliləməlidir. Əks təqdirdə daha da zəifləyəcək.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaqla çox mühüm və pozitiv addım atıb. “Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu, sülh üçün çox vacibdir",- Paşinyan əlavə edib.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto