Tramp Putinlə görüşünü ləğv edib
Tarix: 23-10-2025 07:09 | Bölmə: Slayd
Tramp Putinlə görüşünü ləğv edib

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Deyilir ki, buna səbəb Donald Trampın bu görüşdə onların məqsədlərinə çatmayacaqları təəssüratında olmasıdır.

ABŞ lideri jurnalistlərə “Rusiya prezidenti Putinlə görüşü ləğv etdik. Yanlışlıq hiss edirdik. Mənə elə gəlirdi ki, istədiyimiz məqsədə çatmayacağıq”.

Eyni zamanda, ABŞ prezidenti əlavə edib ki, o, gələcəkdə rusiyalı həmkarı ilə görüşməyi planlaşdırır və Ukraynadakı münaqişənin həllinə sadiq qaldığını bəyan edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto