Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
Tarix: 23-10-2025 11:05 | Bölmə: Slayd
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır

Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşünü ləğv edən ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşə hazırlaşır. D. Tramp deyib ki, gözlənilən görüşdə Rusiyanın Ukraynadakı müharibəsini də müzakirə etmək niyyətindədir.

Reyting.az
xəbər verir ki, hələlik Donald Tramp-Si Cinpin görüşünün günü və yeri açıqlanmayıb.

ABŞ prezidenti bildirib ki, Si Cinpinlə Rusiya-Ukrayna müharibəsini necə bitirməyi müzakirə etməklə yanaşı, neft, enerji və başqa məsələlər də müzakirə predmeti olacaq. Trampın fikrincə, müzakirə etmək istədiyi məsələləri Çin lideri xoş qarşılayacaq.

Donald Tramp Si Cinpinin Rusiya liderinə təsir edə biləcəyinə inanır.

"Düşünürəm ki, o, Putinə çox təsir edə bilər. Məncə, Si Cinpinin bir çox insana təsir etməsi mümkündür. O, hörmətli insandır. Çox böyük ölkənin çox güclü lideridir. Si Cinpin çox böyük təsir gücünə malik ola bilər və biz mütləq Rusiya və Ukraynadan da danışacağıq", - ABŞ prezidenti əlavə edib.

O, həmçinin Çinlə, xüsusilə nadir torpaq metalları və "bəlkə də nüvə proqramı ilə bağlı" mühüm razılaşmalar əldə etməyə ümid bəsləyir.

Xatırladaq ki, bundan əvvəl Trampın oktyabrın 31-də və noyabrın 1-də keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti zamanı Si Cinpinlə görüşə biləcəyi demişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto