18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Böyük təhlükə xəbərdarlığı: süni superintellektin yaradılmasını dayandırın!
Tarix: 27-10-2025 09:06 | Bölmə: Slayd
Böyük təhlükə xəbərdarlığı: süni superintellektin yaradılmasını dayandırın!

850-dən çox elm adamı, ictimai xadim və sahibkar süni superintellektin inkişafına qadağa qoyulması barədə açıq məktuba imza atıblar. Onlar dünya ictimaiyyətini xəbərdar edirlər ki, öz kodunu dəyişən və insan müdaxiləsi olmadan qərar qəbul edən belə sistemlər "sivilizasiyanın əməliyyat sistemini poza" bilər.

Reyting.az
xəbər verir ki, müraciət ilk dəfə "Future of Life Institute" tərəfindən dərc edilib.

Məktuba imza atanlar arasında Yoshua Benjio,Ceffri Hinton, Stiv Voznyak, Süzan Rays və Yuval Noy Harari kimi tanınmış simalar da var.

Yuval Hararinin sözlərinə görə, ümumiyyətlə, bəşəriyyət heç vaxt belə nəzarətsiz texnologiyanın nəticələrini proqnozlaşdıra bilməz, çünki bunu etmək mümkünsüzdür.

Dünyanın nəhəng şirkətləri hesab edilən "OpenAI", "Anthropic", "Google", və "Microsoft" rəhbərləri isə bu müraciəti dəstəkləmədiklərini və müraciətin əleyhinə çıxdıqlarını bildiriblər. Belə yanaşma isə akademik, eyni zamanda, korporativ ideyalar arasındakı uçurumu göstərir.

Müəlliflər süni superintellektin inkişafına müvəqqəti moratorium tətbiq edilməsini, onun, yalnız təhlükəsiz və idarəolunan şəkildə yaradılmasına icazə verilməsi təklifini də irəli sürüblər.

Ekspertlər bildirirlər ki, bu məsələ hələlik biznes üçün hətta birbaşa risk yaratmasa da, müzakirə şirkətlərin prioritetlərini də dəyişir: indi əsas məqsəd "ən ağıllı" deyil, ən etibarlı, eləcə də şəffaf süni intellekt sistemlərinin hazırlanmasıdır.

Bir çox analitiklər isə xəbərdarlıq ediblər ki, Qərbin məhdudiyyətləri Çinin mövqeyini gücləndirəcək, çünki Çinin ən böyük şirkətlərindən sayılan "DeepSeek" və "Alibaba" artıq neçə müddətdir açıq mənbəli süni intellekt modellərini sürətlə inkişaf etdirir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto