Qarabağın daha iki kəndinə köç karvanı gedir
Tarix: 28-10-2025 07:23 | Bölmə: Slayd
Qarabağın daha iki kəndinə köç karvanı gedir

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə yola gedib.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu dəfəki köç karvanında Qırmızı Bazara 20 ailə (71 nəfər), Sos kəndinə isə 10 ailə (42 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər