17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
Tarix: 23-10-2025 14:48 | Bölmə: Slayd
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır

"Azərbaycandan bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Ermənistana səfər etməsi, İrəvanda görüşlər keçirməsi müsbət addımdır. Fərham Məmmədov başda olmaqla, bir qrup QHT nümayəndəsi İrəvanda öllkəmizi yaxşı təmsil ediblər".

Bunu "Reytinq" qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev belə ünsiyyət formasında təmasların tərəfdarıdır:

"Dövlətlər səviyyəsində danışıqlar gedir, sülh yaradılır. Vətəndaş cəmiyyəti də bu prosesdə iştirak etməli, sülhə dəstək verməlidir".

Professorun fikrincə, bundan sonra görüşlər keçirmək növbəsi siyasi partiyalara çatmalıdır. “Siyasi partiyalar arasında da təmaslar qurulmalıdır. Əlbəttə, burada iddialarla çıxış etmək lazım deyil. Düzdür, Müsavat və AXCP bu prosesdə iştirak etməyəcək. Ancaq cəmiyyətdə milli vəhdətə, həmrəyliyə çağıran VHP, Vəhdət Partiyası, Ağ Partiya kimi təşkilatlar bu prosesdə iştirak edə bilərlər",- professor qeyd edib.

C. Nuriyev əlavə edib ki, şəxsən İrəvana getmək istəyir:

"Mən İrəvanda sonuncu dəfə 1991-ci il danışıqlarında olmuşam. Əlbəttə, yenə ora getmək, real vəziyyəti görmək maraqlı olardı. Mən belə təmaslara müsbət yanaşıram. Dövlətlərarası razılaşmalar varsa, cəmiyyətlər arasında da əlaqələr olmalıdır".

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto