12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
NASA Yupiter və Mars arasında işə başlayıb - Yeni layihə dünya iqtisadiyyatını çökdürə bilər
Tarix: 30-03-2021 13:33 | Bölmə: Slayd
NASA Yupiter və Mars arasında işə başlayıb - Yeni layihə dünya iqtisadiyyatını çökdürə bilər

Amerika Havaçılıq və Kosmik İdarəsi (NASA) kosmik mədənçilik üçün yeni və əhəmiyyətli bir işə başlayıb. Amma bu iş dünya iqtisadiyyatının çökməsinə gətirib çıxara bilər.

Reyting.az
xəbər verir ki, NASA 10 kvintilyon dollar dəyərində olan Psyche asteroidi ilə bağlı işə start verib. Artıq kəşfiyyat işlərinin son montajına başlanılıb. Bu prosesin 2026-cı ildə başa çatdırılması gözlənilir.

Bəzi mütəxəssislər NASA-nın bu addımının dünya iqtisadiyyatının çökməsinə səbəb olacağını iddia edirlər. Bildirirlər ki, 200 k. eni və 10 kvintilyon dollar dəyəri olan asteroid qlobal dünya iqtisadiyyatından daha dəyərlidir. Hazırda planetimizin qlobal iqtisadiyyatının dəyəri 75 trilyon dollardır.

Məlumata görə, sözügedən asteroid dəmir, nikel, qızıl, platin, mis, kobalt, iridiyum və redium kimi qiymətli metallardan ibarətdir.

Asteroid üçün kosmik gəmi göndərmək niyyətində olan NASA-nın qiymətli materialları planetə necə gətirəcəyi hələlik bilinmir.

Qeyd edək ki, hazırda kosmos mədənçiliyi XXI əsrin ən böyük işi kimi qiymətləndirilir. Yupiter və Mars arasında yerləşən asteroiddəki materialların planetimizə gətirilməsi indiki mərhələdə çox bahalı layihə hesab olunur. Amma inkişaf edən texnologiya, kosmik səyahət xərclərinin azalması kosmik mədənçiliyin genişlənəcəyindən xəbər verir.

İndiyə qədər meteoritlərdən yerə yalnız bir dəfə material gətirilib. Yaponiya Kosmik Agentliyinin Hayabusa kosmik gəmisi 2010-cu ildə 25143 İtokava asteroidindən bir neçə parça gətirə bilmişdi.

Alimlər material daşımalarını asanlaşdırmaq üçün günəş elektrikli ion mühərriki ilə asteroidləri dünyaya yaxınlaşdırmağı düşünürlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər