Xokkaydo sahillərində zəlzələ baş verib
Tarix: 19-06-2025 07:56 | Bölmə: Dünya
Xokkaydo sahillərində zəlzələ baş verib

Yaponiyanın Xokkaydo adası yaxınlığında, Sakit okeanın dibində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar saat 03:08-də təxminən 73 min insanın yaşadığı Nemuro yarımadasının cənub-şərq sahillərində baş verib. Zəlzələ Xokkaydonun bəzi bölgələrində hiss olunsa da, nəqliyyatın hərəkətinə təsir göstərməyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub