12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Avropada ölüm-qalım mübarizəsi: Putinə zəng edən Merkel və Makron rus vaksininə möhtac qalıb
Tarix: 31-03-2021 11:00 | Bölmə: Slayd
Avropada ölüm-qalım mübarizəsi: Putinə zəng edən Merkel və Makron rus vaksininə möhtac qalıb

Avropada COVİD-19 pandemiyasına qarşı vaksin məsələsi ciddi şəkildə müzakiə edilir. Hazırda müzakirələr daha çox İngiltərə istehsalı olan “AstraZeneca” ətrafında gedir. Lakin Almaniya bu vaksinin 60 yaşdan yuxarı insanlara vurulmasını tövsiyə edib.

İndi bəlli olur ki, vaksin əldə etməkdə əziyyət çəkən Avropa Birliyi peyvənd məsələsində üzünü Rusiyaya çevirir.

İngiltərənin “Daily Maile” qəzeti yazır ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron vaksin məsələsinə görə Rusiya lideri Vladimir Putinlə əlaqə saxlayıblar. Rusiya lideri ilə telefon əlaqəsi saxlayan Makron və Merkelin bu addımı Rusiya istehsalı olan “Sputnik V” vaksininin Avropada istifadəsi üçün ilk addım hesab oluna bilər.

Xatırladaq ki, ötən həftə alman hökuməti Avropa Birliyi Komissiyasında Rusiya istehsalı olan “Sputnik V”nin sifarişinə dair addımlar atılmasını təklif etmişdi.

Merkel daha əvvəl verdiyi açıqlamada “Sputnik V” vaksininin Almaniyada istifadəsinə qarşı olmadığını bildirib, lazımı icazələrin alınmasından sonra bu vaksinin Avropa Birliyi daxilində istifadəsinin mümkünlüyünü deyib.

Pandemiyaya qarşı olduqca sıx karantin və tədbirlər həyata keçirən Almaniya ölkədə giriş-çıxışı nəzarət altına almağa qərar verib. Ölkənin quru sərhədlərində nəzarət məntəqələrinin yaradılması da nəzərdə tutulur. Xüsusilə, Fransa, Danimarka və Polşadan Almaniyaya daxil olacaq insanların test nəticələrinə diqqət ediləcək.

Pasxa bayramı yaxınlaşdıqca İtaliyada da sərt karantin rejimi elan oluna bilər. Digər Avropa Birliyi ölkələrindən gələcək şəxslərdən COVİD-19 testi etmələri, İtaliyaya daxil olduqdan sonra 5 gün karantində qalmaları və müddət bitdikdən sonra təkrar test vermələri tələb olunacaq. Bu mexanizm xaricdən gələn İtaliya vətəndaşlarına da aid ediləcək.

Fransa epidemiyaya qarşı yeni tədbirlər görmək ərəfəsindədir. Prezident Makronun yeni təcrid addımlarını gündəmə gətirib-gətirməyəcəyi hələlik bəlli deyil. Ancaq məktəblərin qapadılması və bəzi məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar verilə bilər.

Hazırda Avropa faktiki olaraq vaksin problemi yaşayır. Görünən odur ki, ABŞ-la birlikdə Rusiyaya qarşı çıxan qoca qitə hazırda rus vaksininə möhtac qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər