12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
60-dan çox qırıcı Türkiyəyə qarşı istiqamətlənir - Fotolar
Tarix: 31-03-2021 12:09 | Bölmə: Slayd
60-dan çox qırıcı Türkiyəyə qarşı istiqamətlənir

Son bir ildə Şərqi Aralıq dənizi dünyanın ən gərgin nöqtələrindən birinə çevrilib. ABŞ, Fransa, İsrail, Birləşmiş Ərəb Əmirliyi və İspaniyadan 60-dan çox qırıcı yenidən bu regionda Türkiyəyə qarşı havaya qaldırılacaq.

Reyting.az
xatırladır ki, Şərqi Aralıq dənizində Türkiyə qarşısında çarəsiz qalan Yunanıstanın yardımına gələn ABŞ təyyarədaşıyan gəmisi “USS Eisenhover” Krit adasındakı Suda bazasında dayanıb və yeni hərbi təlimləri gözləyir.

Qeyd edək ki, Yunanıstan Müdafiə Nazirliyi martın 16-dan 24-nə qədər xüsusi qüvvələrinin təlimlərini keçirib. Rəsmən elan olunub ki, ABŞ və Yunanıstanın xüsusi qüvvələri ilə yanaşı təlimlərdə Yunan Kipri də iştirak edib.

Yunanıstan Baş Qərargahı isə bəyan edib ki, gündüz və gecə saatlarında həyata keçirilən təlimlərdə Orta və Şərqi Aralıq dənizindəki modern təhdidlərə qarşı əməliyyatlar məşq edilib.



ABŞ və Yunanıstan qüvvələrinin keçirdiyi birgə təlimlərin digər nöqtəsi Attica və Larissa olub. Buradakı təlimlərdə Şimali Makedoniya da iştirak edib.

Martın 16-dan 24-nə qədər ABŞ təyyarədaşıyan gəmisindən havaya qalxan “F-18”-lər, Kritdəki Suda bazasına enən Səudiyyə Ərəbistanının “F-15” qırıcıları və yunan ordusu 12 apreldə yeni təlimlərə başlayacaq.

Yunan mediası ABŞ, İsrail, Fransa, Birləşmiş Ərəb Əmirliyi və İspaniyanın da qatılacağı bu təlimlərdə 60-dan çox əcnəbi hərbi təyyarənin, eləcədə bütün yunan qırıcılarının Şərqi Aralıq dənizində havaya qaldırılacağını yazır.



İsrail ordusu isə birliklərini ilk dəfə Cənubi Kiprə göndərəcəyini, geniş hərbi təlimlərdə iştirak edəcəyini açıqlayıb. Xarici mətbuat bildirir ki, Türkiyəyə qarşı blokda yer alan İsrailin qırıcıları, donanması və xüsusi qüvvələri Cənubi Kiprə çıxarılacaq.

İddia olunur ki, təlimlər zamanı bölgənin hava məkanı qapalı elan olacaq, Türk Hava Qüvvələrinə aid qırıcıların və ya helikopterlərin bölgəyə girməsi halında İsrail tərəfindən hədəfə alınacaq.



Bu arada daha maraqlı bir addımı Çin atıb. 2020-ci ilin yazından bu yana müharibə meydanı halına gələn Şərqi Aralıq dənizinə maraq göstərən yeni bir dünya lideri də var. Çin Kommunist Partiyasının rəsmi orqanı “Global Times”ə danışan çinli analitiklər deyiblər ki, rəsmi Pekin NATO qüvvələrinin Cənubi Çin dənizinə daxil olması halında Çin hərbi gəmilərini Aralıq dənizinə göndərəcək.

Bu arada o da bəlli olub ki, anti-Türkiyə blokunda olan Səudiyyə Ərəbistanının “F-15” qırıcıları 16-24 mart təlimlərindən sonra Krit adasından ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər