12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Ukrayna ilə Rusiya arasında müharibə təhlükəsi artır - Politoloq
Tarix: 31-03-2021 14:19 | Bölmə: Slayd
Ukrayna ilə Rusiya arasında müharibə təhlükəsi artır

“Ukraynada Zelenskini hakimiyyətə gətirən Amerikadır. Əvvəl düşünürdüm ki, prezident Zelenskinin dönəmi 1992-1993-cü illərdə Azərbaycandakı hərbi-siyasi vəziyyət kimi olacaq və Ukraynada daha ciddi problemlər yaranacaq. Amma bu baş vermədi. Daha doğrusu, onu ABŞ yönəltdiyi üçün məcbur edəcək ki, Rusiya ilə müharibəyə başlasın”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Donbas uğrunda Ukraynanın hərbi əməliyyatlara başlaması və Rusiya ilə üz-üzə gəlmək ehtimalından danışarkən deyib.

Nuriyevin fikrincə, mümkündür ki, Ukrayna Donbasa və Luqanska hücumu zamanı Rusiya prosesə müdaxilə etsin və uğurlar qazansın: “Amma unutmayaq ki, Rusiya hərbi elitasının böyük hissəsi Ukrayna kökənlidir. Ukraynalılar öldürülsə, Rusiya daxilində hərbi problemlər yarana bilər. Yəni Rusiya ordusundakı ukraynalılar belə vəziyyətdə sakit durmazlar”.


C. Nuriyev

Nuriyev ehtimal edir ki, Ukrayna istiqamətində müharibə ehtimalı hazırda 70 faizdir və üzü may ayına doğru bu təhlükə arta bilər: “Həm Ukraynanın, həm də prezident Zelenskinin başqa yolu yoxdur”.

Politoloq əlavə edib ki, Ukrayna-Rusiya müharibəsinin başlaması ABŞ-a sərf edər: “İndi ABŞ Qara dənizdə möhkəmlənmək istəyir. Ukrayna və ABŞ-ın əsas məqsədi odur ki, rusları Krımdan çıxartsınlar. Əlbəttə, bu olduqca çətindir. Ancaq bütün hallarda bu istiqamətdə gərginlik və hərbi qarşıdurma gözləniləndir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər