12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
NATO-Rusiya qarşıdurması təhlükəli həddə çatıb: okean və dənizlərdə qırıcılar üz-üzə gəlib
Tarix: 01-04-2021 14:34 | Bölmə: Slayd
NATO-Rusiya qarşıdurması təhlükəli həddə çatıb: okean və dənizlərdə qırıcılar üz-üzə gəlib

Rusiya Hərbi Hava Qüvvələrinə aid bombardmançı təyyarələrlə NATO hərbi alyansının qırıcıları qarşılaşıb.

Reyting.az
-ın məlumatına görə, 1949-cu ildən bu yana ilk dəfədir ki, belə bir qarşılaşma baş verir.

NATO və Rusiya arasında havada baş verən qarşıdurma 6 saata yaxın davam edib. Belə bir qarşılaşma dünyanın 4 fərqli məkanında baş verib.

NATO qüvvələri Rusiya bombardmançı təyyarələrin qarşısını Atlantik okeanı, Şimal dənizi, Baltik dənizi və Qara dənizdə kəsib.



6 saat ərzində 10 dəfə havada müşahidə olunan gərginlik bu günə qədər Rusiya və NATO arasında ən böyük qarşıdurma hesab olunur. NATO elan edib ki, Rusiya hərbi təyyarələri mülki təyyarələr üçün təhlükələr yaradıb.

NATO-nun açıqlamasına görə, Norveçin hərbi hava qüvvələrinə məxsus “F-16”-lar Rusiyanın “TU-95” bombardmançılarının önünü bir neçə saat ərzində Norveç sahilləri istiqamətində kəsib. Həmçinin “TU-160” bombardmançı təyyarənin qarşısı da Norveç Hava Qüvvələri tərəfindən alınıb.

Qara dəniz səmalarında görünən rus hərbi təyyarələrinə qarşı Türkiyə, Rumıniya və Bolqarıstan qırıcıları havaya qaldırılıb.

Şimal dənizində uçan Rusiya təyyarələrinin önünü isə İngiltərə və Belçika qırıcıları alıb.

Rusiyanın Avropanın az qala mərkəzindəki Kalininqrad yaxınlığında Baltik dənizində havaya qalxan rus dəniz müşahidəçi təyyarəsinin qarşısına İtaliyanın qırıcıları qaldırılıb.



NATO-nun rəsmi “Tvitter” hesabında Rusiya qırıcılarının qarşısını dünyanın müxtəlif bölgələrində alan Türkiyə, Belçika, İtaliya, Rumıniya, Bolqarıstan, İngiltərə və Norveçin dövlət bayraqları paylaşılıb.

Bununla da NATO Rusiyaya mesaj verib ki, onun qarşısını kəsə, hava məkanında böyük təzyiqlə üzləşə bilər.

Qeyd edək ki, bu həftənin əvvəllərində İngiltərə Müdafiə Nazirliyi Rusiya bombardmançı təyyarəsinin Şimal dənizi üzərində uçduğu səbəbindən Krallığın Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcılarını havaya qaldırdığını elan etmişdi.

Rusiya mediası isə yalnız 6 saat ərzində bir neçə fərqli yerlərdə Rusiya hava qüvvələrinin NATO-nun hava müdafiə sistemini çətinə saldığını, NATO-nun yaradıldığı 1949-cu ildən bu yana havada belə qartal süzməsinin yaşanmadığını açıqlayıb.

Onu da qeyd edək ki, ABŞ prezidenti C. Bayden prezident kürsüsündə oturduqdan sonra Moskva-Vaşinqton münasibətlərində gərginlik artır.

Reyting.az




Bölməyə aid digər xəbərlər