12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Türkiyə hərbi gəmisi Krıma yaxınlaşıb - Rusiya donanması döyüş vəziyyətinə gətirilib
Tarix: 01-04-2021 18:49 | Bölmə: Slayd
Türkiyə hərbi gəmisi Krıma yaxınlaşıb - Rusiya donanması döyüş vəziyyətinə gətirilib

Qara dənizdə keçirilən NATO hərbi təlimləri zamanı Türkiyəyə məxsus hərbi gəmisi Krım sahillərində görünüb və Rusiya ordusu dərhal hərəkətə keçib. Reyting.az xəbər verir ki, belə bir iddia ilə Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə seçilən avia.pro internet resursu çıxış edib.

İddia olunur ki, Türkiyə hərbi gəmisi Krıma yaxınlaşmaqla Rusiyaya meydan oxuyub.

Bundan dərhal sonra Rusiya donanması və yarımadadakı raket müdafiə sistemləri dövriyəyə girib.

Avia.pro ayrıca xatırladıb ki, hazırda Qara dənizdə Rusiya hərbi donanmasına məxsus 6 ədəd sualtı qayıq var.

Məlumat üçün bildirək ki, 19-29 mart tarixlərində NATO Qara dənizdə “Dəniz müdafiəsi-2021” hərbi təlimləri keçirib.



Təlimlərdə ABŞ, Rumıniya, İspaniya, Bolqarıstan, Yunanıstan, Polşa ilə yanaşı Türkiyə də iştirak edib. Bəzi mənbələr Qara dənizdə NATO təlimlərinə Türkiyə donanmasının “TCG Kamalrəis” hərbi gəmisinin qatıldığını bildirirlər.

Onu da qeyd edək ki, qədim türk torpağı olan, sonradan Ukraynanın ərazisinə daxil edilən Krım 2014-cü ildə Rusiya tərəfindən əvvəlcə işğal, daha sonra ilhaq edilib. Hazırda ABŞ, Avropa Birliyi, NATO və digər beynəlxalq qurumlar Krımın Rusiya torpağı kimi tanınmasını rədd edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər