12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
İranda təhlükə artır - Prezident xalqı xəbərdar edib
Tarix: 03-04-2021 13:24 | Bölmə: Slayd
İranda təhlükə artır - Prezident xalqı xəbərdar edib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkəsinin iki əyalətində yeni tip koronavirus (COVİD-19) pandemiyasının dördüncü dalğasının başladığını elan edib.

Reyting.az
xəbər verir ki, Həsən Ruhani Tehranda rəhbərlik etdiyi COVİD-19-la Milli Mübarizə Qurumunun toplantısında bu haqda danışıb.

Prezident xalqa xəbərdarlığında bildirib ki, pandemiyanın dördüncü dalğası iki əyalətdə başlayıb və səhiyyə tərəfindən elan olunan protokollara riayət edilməyəcəyi təqdirdə virus digər əyalətlərə də yayılacaq: “Novruz bayramı üçün edilən alış-verişlər və səyahətlər bizi ciddi problemlə qarşı-qarşıya buraxıb. Virus mutasya etdi. İngilis, Braziliya, Afrika variantları ortaya çıxdı. Bunlar daha təhlükəlidir”.

İranın dövlət başçısı əlavə edib ki, qırmızı və narıncı olaraq bilinən yüksək riskli əyalətlərdə kütləvi ibadətlər və tədbirlər qadağan edilib, amma sarı və mavi əyalətlərdə sağlamlıq şərtlərinə əməl etməklə bunlara icazə verilə bilər.

İran prezidenti COVİD-19 pandemiyasının dördüncü dalğasının yaşandığı əyalətlərin adını açıqlamasa da, yerli mediadakı xəbərlərə görə, bunlar İraq sərhədindəki İlam və Tehrana yaxın Elburz əyalətləridir.




Bölməyə aid digər xəbərlər