12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
Annapolisdə vacib müzakirə: iki ölkəyə qarşı yeni platforma qurulur
Tarix: 03-04-2021 15:07 | Bölmə: Slayd
Annapolisdə vacib müzakirə: iki ölkəyə qarşı yeni platforma qurulur

Yaponiya, Cənubi Koreya və Amerikanın yüksək çinli nümayəndələri ABŞ-ın Annapolis şəhərində bir araya gələrək Şimali Koreya və Çin məsələsini müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, görüşdə Yaponiya Milli təhlükəsizlik müşaviri Şigeru Kitamura, Cənubi Koreya Milli təhlükəsizlik müşaviri Sun Hoon və ABŞ Milli təhlükəsizlik müşaviri Jake Sullivan iştirak edib.

İlkin ehtimala görə, belə yüksək səviyyəli görüşdə əsasən Şimali Koreya məsələsi müzakirəyə çıxarılıb.

Xatırladaq ki, mart ayında Şimali Koreyanın raket testləri keçirməsi Pxenyanın yenidən nüvə proqramını işə salma ehtimalını artırıb.



Con Bayden hakimiyyətə gəldikdən bu yana üç ölkənin aparıcı fiqurlarının bir araya gəldiyi ilk belə görüş xüsusi diqqət cəlb edir.

Ətraflı məlumat verilməyən Zirvə toplantısında Koreya yarımadasında istiqlal, Pxenyanın nüvə siahlarının hazırlaması və ölkədə koronavirus pandemiyası müzakirə olunub. Eyni zamanda Şimali Koreya ilə ana müttəfiq olan Çin arasında münasibətlər və müstəqil Hind-Sakit okean bögəsində vizyonu mövzusunda əməkdaşlıq kimi məsələlərin masaya çıxarıldığı bildirilir.

Bu təmasların 16 apreldə ABŞ-da keçiriləcək Yaponiya Baş naziri ilə ABŞ prezidenti arasında görüşdən öncə keçirilməsi xüsusi diqqət çəkib.

Bayden bundan əvvəl keçirdiyi mətbuat konfransında Şimali Koreya mövzusunda diplomatik addımlar üçün hazırlaşdığını qeyd etmişdi.

Burada digər məqam Çin məsələsidir. Rəsmi Pekinin Şimali Koreyaya hər cür dəstək verməsi həm də bu bölgədə ABŞ-ın ənənəvi müttəfiqlərinin təhlükəsizliyini təhdid edir. Elə bölgədə ABŞ başda olmaqla Cənubi Koreya və Yaponiya həm də Pekinə qarşı əsas ittifaq hesab olunur. Hətta Avstraliya da daxil olmaqla bu ölkələr “Dördlük” formatı yaratmaq niyyətindədirlər ki, bu da Çinə qarşı əsas güc hesab oluna bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər