12:20 / 19-06-2025
"Hafka" əmlaklarını satıb
NATO Rusiyaya yeni güc nümayişinə hazırlaşır
Tarix: 05-04-2021 12:04 | Bölmə: Slayd
NATO Rusiyaya yeni güc nümayişinə hazırlaşır

Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna NATO ilə ortaq hərbi təlimlərə başlayır.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Ruslan Homçak Rusiya ilə yaşanan Donbas böhranı və NATO-nun yaranmasının 72-ci il dönümü ilə bağlı açıqlamalar verib.

General bildirib ki, Ukrayna Silahlı Qüvvələri son illərdə Avropanın qalxanı halına gəlib.

Baş Qərargah rəisi deyib ki, Avropanın beynəlxalq hüquqla tanınan sərhədləri 2014-cü ildə Rusiya tərəfindən pozulub, Ukrayna isə son illərdə Avropa-Atalantika təhlükəsizliyinə əhəmiyyətli töhvələr verib.

Rusiyanın 2014-cü ildə Krımı qanunsuz işğal etməklə qanlı müharibəyə başladığına diqqət çəkən general əlavə edib ki, Ukrayna dövlətinin NATO-ya üzv olması təkcə rəsmi Kiyevi deyil, eyni zamanda Şimal Atlantik Alyansını da gücləndirə bilər.

Ukrayna ordusu tərəfindən verilən açıqlamalarda gələcək aylarda baş tutması gözlənilən ortaq təlimlərdə ən azı NATO üzvü olan beş ölkədən mindən çox hərbçinin iştirakı edəcəyi bildirilib.

“Xüsusilə düşməncə hərəkət edən qonşu ölkələrdə bir tərəfin hücumu ilə qarşılaşan bir dövlətin sərhəd və regional bütünlüyünü qorumaq üçün müdafiə addımlarına çalışılacaq”,- açıqlamada qeyd edilib.

Qeyd edək ki, Rusiya və Ukrayna münasibətlərində gərginliyin yüksək olduğu bu günlərdə Kreml bəyan edib ki, ABŞ və NATO Ukraynanı hərbi baxımdan dəstəkləcəyi təqdirdə öz təhlükəsizliklərini qorumaq üçün əlavə tədbirlər görəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər