QMİ-nin nümayəndəsi Hacı Tahir: “Aşura mərasimi tam təhlükəsiz başa çatıb”
Tarix: 01-10-2017 18:35 | Bölmə: Slayd
QMİ-nin nümayəndəsi Hacı Tahir: “Aşura mərasimi tam təhlükəsiz başa çatıb”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov Gəncə şəhər "İmamzadə” Ziyarətgahında baş verən insidentə münasibət bildirib.

QMİ-nin səlahiyyətli nümayəndəsinin verdiyi məlumata görə, 30 sentyabr və 1 oktyabr tarixlərində Gəncə şəhər "İmamzadə” Ziyarətgahında Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib.

Razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub:

"Axşam saatlarında bir qrup insan ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, lakin baş vermiş insidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub. Ziyarətgahda keçirilən mərasim sabitliklə davam edərək, tam təhlükəsiz başa çatıb”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}